Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28-03-2024 [20:06]
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.
Mia.az Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, 28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.
Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı ömrünün 25 ilini bu orqanlarda şərəfli xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülüb.
DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət etmiş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qeyd olunub ki, daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən “Xüsusi xidmət” adlı sənədli film nümayiş etdirilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik orqanlarının 105 illik tarixinə nəzər salıb, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat verib.
Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində misilsiz xidmətlərindən danışan Xidmət rəisi bu təsisatın tərkibinin milliləşdirilməsi kimi o dövr üçün çətin və mürəkkəb olan prosesin həyata keçirilməsində dahi rəhbərin əvəzsiz rolundan, xüsusi xidmət orqanlarının kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının təkmilləşdirilməsi, əməkdaşlarının iş və məişət şəraitlərinin yaxşılaşdırılması məsələlərinə həssas yanaşmasından və bu istiqamətdə gördüyü ölçüyəgəlməz işlərdən danışıb.
Xidmət rəisi, Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunub.
Əli Nağıyev dövlətimizin başçısının sarsılmaz siyasi iradəsi və Ordumuzun hərbi gücü nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışların durduğunu bildirmiş, regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, DTX respublikamızın təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcək.
Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq Sərəncamı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulamış, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı doğruldacaqlarına qətiyyətlə inandığını bildirib
Sonra tədbir təhlükəsizlik orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilib.
Tədbirin rəsmi hissəsinin sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub.
Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR