Zakir Həsənov Məhkəməyə verildi

img

24-06-2014 [16:56]


"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli (Məmmədov) müdafiə naziri Zakir Həsənovu və Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonundakı hərbi hissəsinin komandiri Raquf Orucovu məhkəməyə verməyə hazırlaşır. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi hazırlayır.

Cəsur Sümərinlinin sözlərinə görə, iddiaya səbəb Müdafiə Nazirliyinə və hərbi hissəyə müraciətinin təmin olunmamasıdır: "1998-2000-ci illərdə Ağstafa və Ağdam rayonlarındakı hərbi hissələrdə hərbi xidmət dövründə təmin olunmadığım əşya-əmlaka görə təzminat ödənilməsini istəyirəm. Təzminatın ödənilməsi üçünsə Müdafiə Nazirliyi məni arayışla təmin etməlidir. Amma təəssüflər olsun ki, bu günə qədər həmin arayış təqdim olunmayıb. Əksinə, Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Azad Əsədov və Ağdamdakı hərbi hissənin komandiri polkovnik-leytenant Raquf Orucovun imzası ilə təqdim olunan iki ayrı-ayrı məktubda qeyd olunur ki, əşya-əmlakın əvəzinə pul kompensasiyası təqdim edə bilmirlər. Çünki 30 dekabr 2008-ci ilədək istifadə müddəti başa çatmış şəxsi istifadədə olan maddi vəsaitlərin uçotu kartları yandırılıb.

Müdafiə Nazirliyi sənədləri yandırmaqla ona ünvanlanan müraciətləri cavabsız qoyur. Bu məsələ ilə əlaqədar hələ 2009 və 2010-cu illərdə Müdafiə Nazirliyinə müraciət etsəm də, nazirlik məktublarını cavabsız buraxmışdı. İndi Müdafiə Nazirliyinin göndərdiyi cavab məktublarında əks olunan məlumatlar nazirlikdə Səfər Əbiyev dövrünə xas idarəetmə qaydalarının hələ də hökmranlıq etdiyini göstərir. Ümid edirdim ki, Səfər Əbiyev dövründən fərqli olaraq yeni rəhbərlik keçmiş hərbçilərin məktublarına, müraciətlərinə diqqətlə yanaşacaq və onların problemlərini həll etməyə çalışacaq. Amma göründüyü kimi, heç nə dəyişməyib və bu səbəbdən məhkəməyə müraciət etməkdən başqa yolumuz qalmayıb” (Mediaforum.az").


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA