Sumqayıtda Uşaq Xəstəxanasında nə baş verir? - "33-36 həftəlik döl aşkarlanıb"

img

27-03-2024 [19:02]


Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR