24-06-2014 [16:22]
Avropa Şurası Parlament Assambleyasında yay sessiyası keçirilib. Sessiyada Azərbaycan prezidenti İlham Əliyev AŞPA üzvləri qarşısında çıxış edib.
Qeyd edək ki, bu, Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçirilən ilk sessiyadır.
***
"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, AŞ PA prezidenti Ann Brasser Azərbaycan prezidentini assambleya üzvlərinə təqdim edib. Bildirib ki, İ.Əliyev əvvəllər AŞ PA vitse-prezidenti olub və Avropa Şurasının işində fəal iştirak edib. A.Brasser xatırladıb ki, indi İ.Əliyev iclasda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkənin dövlət başçısı kimi iştirak edir.
A.Brasser Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub, ölkənin ərazilərinin bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin nizamlanması üçün Minsk Qrupunun vasitəçilik etdiyini, AŞ PA-nın da tərəflər arasında sülhə nail olmaq üçün səylər göstərdiyini bildirib.
Brasser həmçinin İ.Əliyevin 2004-cü ildə AŞPA-dakı çıxışını xatırladıb və deyib: "Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur”.

Prezident İlham Əliyev çıxış üçün tribunaya qalxıb və A.Brasserə müraciətlə bildirib: "Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq”.
Prezident xatırladıb ki, Azərbaycanda demokratik Konstitusiya var, siyasi azadlıqlar, toplaşmaq azadlıqları, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV-lər fəaliyyət göstərir. İnternet azaddır. Prezidentin sözlərinə görə bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər. Əliyev Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini də bildirib.

***
"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyev ona ünvanlanan İlqar Məmmədovla Tofiq Yaqublunun həbsi ilə bağlı suala cavabında qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur:
"Azərbacan bütün tənqidlərə açıqdır, lakin bəzən bu tənqidlər ölkəmizi imicinə zərər vurur."
Prezident daha sonra bildirib ki, Azərbaycanda azad mətbuat, internet var:
"Biz bunları necə qadağa edə bilərik ki, bizdə senzura yoxdur. Prezident seçkiləri dövründə müxalif namizədlərin çıxışına kifayət qədər yer ayrıldı. Əgər müxalifətin mitinqinə 800 adam çıxırsa, bu, bizim günahımız deyil. Azərbaycanda müxalifət zəifdirsə, bu, o demək deyil ki, biz onlara mane oluruq".
***
"Qafqazinfo" Azadlıq radiosuna istinadən xəbər verir ki, Strasburqda Avropa Şurasının parlament assambleyasının yay sessiyasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır.
İlham Əliyev deyib ki, "biz bu mexanizmləri birlikdə hazırıamağı təklif edirik”.
İlham Əliyev həmçinin bildirib ki, ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır.
O deyib: "biz ikili standartlardan uzaqlaşmalıyıq”.
***
Prezidentə daha bir sual isə gender bərabərliyi ilə ünvanlanıb. Jurnalist nədən sessiyada iştirak edən nümayəndə heyətinin əksəriyyətini kişilər olduğunu və ümumilikdə ölkədəki gender bərabərliyinin səviyyəsi ilə maraqlanıb. İlham Əliyev isə cavabında qeyd edib ki, burada nümayəndə heyətinin arasında qadınlar da, aktiv parlamentarilər də var:
"Bizdə bu mənada məhdudiyyət yoxdur. Heç vaxt fərq qoymuruq ki, nə qədər qadın, nə qədər kişi var. Azərbaycan gender bərabərliyi ilə bağlı qanunu qəbul edib. Əgər Bakıda olsanız, özünüz görərərsiniz ki, qadınlar da kişilər qədər bərabər hüquqa sahibdirlər".

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi