Azərbaycan QHT-ləri AŞ PA-ya 82 siyasi məhbusun siyahısını təqdim etdi

img

24-06-2014 [16:03]


Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri iyunun 24-də AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbusların vahid siyahısını AŞ qurumlarına, həmçinin beynəlxalq ictimaiyyətin nümayəndələrinə təqdim ediblər.

"Turan"-ın məlumatına görə, siyahı siyasi məhbus anlayışının müəyyən edilməsi məqsidlə AŞPA-nın 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində əksini tapan meyarların əsasında hazırlanıb.

Siyahı insan hüquqları, əsasən siyasi məhbuslar məsələsi ilə məşğul olan 11 QHT tərəfindən tərtib edilib. Bu barədə Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov bildirib.

Onların arasında Hüquqi Maarifləndirmə Cəmiyyəti, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Siyasi Azadlıqların Müdafiəsi Alyansı, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Reportyorıarın Azadlıq və Təhlükəsizliyi İnstitutu, "Demokratik monitor”, Media Hüququ İnstitutu, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi də var.

Xatırladaq ki, ötən gün AŞPA Bürosu Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının AŞPA Hüquqi məsələlər və insan hüquqları komitəsinə verilməsi barədə qərar qəbul edib. Komitə siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcək və qətnamə layihəsi hazırlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA