Anar Məmmədov “Topaz”ı Hafkadan alır

img

24-06-2014 [13:10]


Mərc oyunlarının təşkilini həyata keçirən "Topaz”la iş adamı Hafiz Məmmədovun yolları ayrılır.

MİA axar.az-a istinadən xəbər verir ki, "Bank of Azerbaijan”ın sahibi H.Məmmədovun "Topaz”dakı payının əlindən alınması bankın fəaliyyətindəki böhranla əlaqədardır. Belə ki, sözügedən bankın düşdüyü böhranlı vəziyyət Hafka ilə "Topaz”ın vidalaşmasına gətirib çıxarıb.

Mənbə iddia edir ki, gündəlik yığılan mərc vəsaiti "Bank of Azerbaijan”da toplanıb, uduşlar bu bank tərəfindən təqdim olunub. Lakin "Bank of Azerbaijan”ın qarşılaşdığı ağır dövr belə bir qərar verməyə əsas yaradıb. Çünki bankın külli-miqdarda borcu var. Topaz "Bank of Azerbaijan”da yığılan borcları geri qaytara bilmir.

Mənbə qeyd edir ki, "Topaz”da nəqliyyat nazirinin oğlu Anar Məmmədovun da payı var. Xeyli vaxtdır ki, nazir oğlu ilə iş adamının münasibətlərində bir soyuqluq yaranıb. Belə görünür ki, Hafkanın "Topaz” payı bir əldə cəmləşdirilir və köhnə şəriklə biznesə son qoyulur.

- See more at: http://axar.az/news/22001#ad-image-0

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA