24-06-2014 [11:39]
Bu mövzu ilə bağlı "Yeni Müsavat”da çıxan reportaj ölkədə böyük səs-küy yaratmışdı. Demokratik toplumlarda bu cür qanunsuzluq edən nazirin öz vəzifəsində bir gün də olsa duruş gətirməsi mümkünsüzdür. Lakin ictimai rəyi silkələyən reportaj nazir Yavər Camalovun vicdanını tərpətmədi. Eləcə də hakimiyyət yetkililəri bu əməl barədə heç bir açıqlama vermədilər.
Bütün bunlara baxmayaraq, biz yenə də gəlişmələri öyrənmək üçün Rafiq İsmayılla əlaqə saxladıq. "Qafqazinfo" xəbər verir ki, o, "Yeni Müsavat”a bildirdi ki, Yavər Camalova məxsus obyektin tikintisi dayanmayıb: "Hər gün səhər tezdən fəhlələri gətirən avtobus ”Yeni Müsavat"da çıxan yazıdan sonra daha görünmür. Bir fərq hələ ki budur. Bundan başqa isə kənardan baxanda, orada işləyən fəhlələrin sayı əvvəlki kimi çox deyil. Əlavə heç bir yenilik, reaksiya yoxdur. Bizim evdən dənizin bir hissəsi görünür, bir hissəsi isə tamamilə tutulub. Görünməyən hissə isə əsas giriş olan hissədir.
Orada hazırda iş gedir, amma qabaqkı kimi intensiv deyil. Bugünlərdə dostlarımızla dənizdə çimməyə yer axtarmağa getdik. Xeyli getdik və bir yer tapdıq. İnanın ki, ekologiyanı elə korlayıblar ki, dənizə girmək mümkün deyil. Hər yer zibil içində idi. Yəni bu, əsrlərlə formalaşmış bir dənizdir. Təsəvvür edin, bu cür insanlar dənizin içinə beton tökürlər, daş-qaya tökürlər. Bu da ekologiyaya çox pis təsir edir. Dayanmaq bilmirlər, tikə-tikə də gedirlər. Hər yeri zəbt edirlər. Baxın, elə sizinlə danışa-danışa pəncərədən dənizə baxıram. Boş olan yerləri də tikirlər. Yanılmıramsa, buradan əks tərəfə - Zirəyə qədər olan yerləri tikə-tikə gedirlər. Bu biabırçılıqdır".
R.İsmayıl Türkan sakinlərinin bütün instansiyalara şikayət etmələrinə baxmayaraq, heç bir reaksiya verilmədiyini dedi: "Türkan sakinləri bildiyim qədəri ilə, əsasən Mehriban Əliyevaya müraciət ediblər. Bəziləri deyir ki, guya həmin şikayət məktubu gedib çatmayıb. Yəni bu insanlar bildikləri hər yerə, bütün instansiyalara müraciət ediblər, xeyri də yoxdur. Həqiqətən yerli sakinlər od püskürürlər. Hamı nifrət edir, söyür, onlar da öz işlərini görməyə davam edirlər. Təsəvvür edin, ”Yeni Müsavat" kimi bir qəzet bu məsələ ilə bağlı manşet reportaj da hazırladı. Düşündük ki, bu yazıdan sonra nə isə bir reaksiya olar, amma olmadı. Düzdür, hava şəraiti çox pisdir, bəlkə buna görə fəhlələr azdır. Ümumilikdə hər şey hələ ki sakinlərin ziyanına gedir".
Biz hadisəyə dair hörmətli nazir Yavər Camalovun, yaxud da onun rəsmi nümayəndəsinin də münasibətini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi