Bu gün siz nə gözləyir? - BÜRCLƏR
16-03-2024 [00:02]
Qoç - Ünsiyyətdə səmimiyyət, qayğıkeşlik, dürüstlük yeni dostlar tapmağa yardım edəcək. Bu gün başlanacaq münasibətlər ciddi olmayacaq. Ətrafınızdakı insanlar barədə səthi, tələsik qərarlar verib düşünsəniz, sonradan pərişan qala bilərsiniz. Sizə dəyər verən insanın məsləhətlərini qulaqardı etməyin.
Günün ikinci yarısı tamamilə yeni sahədə və ya istiqamətdə qüvvələri sınamaq üçün əlverişlidir. Müstəqil, azad seçim edin. Bu gün kiminsə manipulyasiyalarının, fırıldaqlarının qurbanı olsanız, uzun müddət başqalarının əlində marionetka qalacaqsınız. Axşam saatlarında normal istirahət edin.
Buğa - Həddən artıq çox işə başlayaraq özünüzü ifrat yorğunluğa düçar etməyin. Yorğunluq nəticəsində əhvalınızın pisləşməsi, xroniki ağrıların kəskinləşməsi riski var. Uzunmüddətli səfər və ya yol, həddən artıq çalışmaq məsləhət deyil. Aktiv istirahət əvəzinə sakit relaksı seçin.
Günün ikinci yarısında ehtiyatı əldən verməyin. Yeni tanış olduğunuz insanlara tam etibar etməyin, başqalarının sirlərini açmağa can atmayın. Bütün bunlar ciddi problemlərə səbəb ola bilər. Axşam saatlarına uzaq səfərə yollanmayın. Səhhətinizə fikir verin.
Əkizlər - Gün o qədər də pis deyil. Amma xırdalıqlara və təfərrüatlara gərəkdiyindən artıq fikir verməyin. Olduqca ağır, ciddi, çözülməz təsir bağışlayan problemləri az sonra unudacaqsınız. Təlaşa qapılsanız, yaxınlarınızdan biri ilə münasibətlər pisləşəcək. Onlarla tərəfdaşlıq edərək maneələri dəf etmək daha optimal variantdır.
Günün ikinci yarısı əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli zaman deyil. Ətrafınızdakı insanlara qarşı həddən ziyadə tələbkar olmayın. Əks təqdirdə adekvat cavab alacaqsınız. Köç, daşınmaz əmlakla bağlı problemlərin həlli, məişət texnikası və mebel almaq üçün yaxşı vaxt deyil. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Xərçəng - Düşünülməmiş addımlar atmaq istəyi güclü olsa da, belə davranmayın. Soyuqqanlı və təmkinli hərəkətlər problemlərin sayının artmasının qarşısını alacaq. Ətrafınızdakı insanların emosiyaları ilə oynamayın. Ailə işlərini unutmayın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında səfər və ya səyahət pis alınmayacaq, amma gözləntilərinizin əksinə olaraq çoxsaylı pozitiv emosiyalar verməyəcək. Təxribatlara uymayın. Rəqib və ya bədxahlardan biri etibarınızdan sui-istifadə etməyə çalışır.
Şir - İşlərdə uğurlar əhəmiyyətli olacaq. Onları görməmək mümkün deyil. Lakin pis olanı budur ki, uğurlarınız və qələbələrinizdən dostlarınızla yanaşı, bədxahlar da dərhal xəbər tutacaqlar. Paxıllar fürsəti fövtə vermədən sizə pislik etməyə çalışacaqlar. Lakin müsbət təmayüllərin təsiri güclü olduğundan mövqelərinizdə ifrat geriləmə olmayacaq. Narahat olmayın, kimsə sizə ciddi ziyan vura bilməyəcək.
Yaxınlarınızla münasibətlərdə rəvanlıq və harmoniyanı pozmayın. Romantika, ehtiras, şövq istəyirsinizsə - bu istəklərdə ehtiyatlı olun. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan günün ikinci yarısında ciddi problemlərlə üzləşməyəcəksiniz.
Qız - Uğurlu, harmonik, uğurlar vəd edən gündür. Peşəkar fəaliyyət müstəvisində ciddi nailiyyətlər sizi gözləyir. Rəqibləri üstələyin, qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Mürəkkəb və mühüm layihələr üzərində işdə səbəbsiz fasilələrə yol verməyin.
İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqları istisna deyil. Lakin mövqeyinizdən geri çəkilməyin, ətrafınızdakı insanları da özünüzə müttəfiqə çevirməyə can atın. Romantik münasibətlər sürətlə inkişaf edəcək. Əyləncə az sonra ciddi hisslərlə əvəzlənəcək.
Yaxşı tanımadığınız insanlara inanmayın. Sadəlövhlük kimsəyə xeyir verməyib. Hətta ən kövrək hisslər müstəvisində belə, soyuqqanlı olun, məntiqlə davranın. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - Yaranan problemlərin həllinə və görüləsi işlərə ciddi yanaşın. Çətin məsələlərin çözümündə diqqətli və sayıq davranın. Əvvəllər yol verdiyiniz səhvlərin nəticələrini aradan qaldıranda konkret sonuclar əldə etməyə çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün müvafiq şərait yaranmayacaq.
Yaradıcılıq potensialınızı reallaşdırın. Mənasız təlaşa və ya narahatlığa qapılmayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlər barədə düşünün. Sizə irəliləməyə mane olan, geri çəkən, neqativ emosiyalar yaradan əlaqələrdən qurtulmaq zamanıdır. Yaşlı qohumlarla məsləhətləşin. Onlar nə etmək gərəkdiyini deyəcəklər.
Əqrəb - Peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail olmaq olar. İşdə rəhbərlik sizinlə maraqlanacaq. Nüfuzlu hamilər tapa bilərsiniz. Çox ciddi şəkildə, səylə çalışmalı olacaqsınız. Axşam saatlarına yaxın əməllicə yorulacaqsınız. Günün ikinci yarısında önəmli, amma ağır, xüsusi zəhmət tələb edən işlərlə məşğul olmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın. Başqalarının işlərinə müdaxilə etməyin. Yaxın bildiyiniz insanı böyük səhvə yol verməkdən çəkindirin. Həmin yanlışlığın fəsadları ağır ola bilər.
Oxatan - Maraqlı görüşlər və yeni təmaslar vəd edən gündür. Sizi asanlıqla anlayacaq, hisslərinizdən baş çıxara biləcək insanla qarşılaşacaqsınız. Bu gün başlayacaq romantik münasibətlər çox harmonik inkişaf edəcək.
Hadisələrin məcrasına müdaxilə etməyin, süni təkanlara əl atmayın. Birgə çalışdığınız insana təzyiq göstərməyin. Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımasın. Bəzi əşyaların sınması, texnika və ya avadanlığın sıradan çıxması ehtimalı var. Sükan arxasında çox vaxt keçirməyə dəyməz. Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - Gün əla olmasa da, müsbət tərəfləri də yox deyil. Məsələn, çoxdan bəri görmədiyiniz insanlarla görüşmək və bir araya gəlmək üçün yaxşı zamandır. Hətta çox uzun ayrılıqdan sonra asanlıqla dil tapacaqsınız.
Maliyyə fonu uğurludur. Gəlirlər istisna deyil. Yaxınlarınızla bağlı və ya münsibətləriniz barədə alacağınız məlumatlar sizi sevindirəcək. Gələcəyə yönəlik yeni planlar qurmaq, yaşamda nəyisə dəyişmək olar. Köç barədə düşünmək pis deyil. Yaşam potensialı səviyyəsi yüksəkdir.
Dolça - İzafi və əlahiddə səylər göstərmədən də məqsədə çata biləcəksiniz. Faydalı tanışlıqlar yaranacaq. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. İşgüzar görüşlər və danışıqlar pis keçməyəcək. Mövqelərinizdən əsla geri çəkilməyin. Qarşı tərəf haqlı olduğunuzu etiraf edəcək.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Sevdiyiniz insan sizi anlayır. O sizə yardım edəcək, ideya və layihələrinizi dəstəkləyəcək. Qeyri-adi romantik təmaslar, səfər, gəzinti, ezamiyyət, yeni işə başlamaq üçün əlverişli zamandır. Yaşamın rutinliyinə dəyişikliklər edin.
Balıqlar - Normal, rahat şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüş müsbət emosiyalar yaradacaq. Yeni tanışlıqlar istisna deyil. Problemlərin həllində orijinal qərarlara üstünlük verin. Yaxın ətrafınızdakı insanları ekstravaqant əməl və ya qərarlarla təəccübləndirə bilərsiniz. Qeyri-standart metodlar məqsədə daha tez çatmağa imkan verəcək.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Qonaqlar gələ bilər. Karyera müstəvisində irəliləməyinizə dəstək olacaq insanlarla təmasları aktivləşdirin.
Milli.Az
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var