"Mən sənə demişdim 5 uşaq doğ?” - İcra başçısı

img

23-06-2014 [20:36]


Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşların gözü qarşısında Köçəsgərli kənd sakini Qocayeva Məlahət Vaqif qızını təhqir edib. 

Belə ki, 5 uşaq anası olan və dözülməz şəraitdə yaşayan Məlahət xanım kömək məqsədilə icra başçısının qəbulunda olub. İcra başçısı isə elementar etikaya sığmayan " niyə 5 uşaq doğmusan, mən sənə demişdim 5 uşaq doğ?” kimi ifadələrlərlə Məlahət xanımı təhqir edib.

Bizimlə telefon əlaqəsi saxlayan Məlahət Qocayeva ağlaya-ağlaya bildirdi ki, bu ifadələr icra başçısının ona dediyi "ən mədəni” sözlərdir: "Onun mənə dediyi sözləri sizə telefonda deməyə abır-həya edirəm"(qafqaznews).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA