Akif Əlizadənin böyük saxtakarlığı; saxta yolla seçiləcək müxbir üzvlərin adları Mia.az-da! - SİYAHI

img

23-06-2014 [20:13]



Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə keçiriləcək seçkilərdə böyük saxtakarlığa yol verilir.

Bu barədə Mia.az-a AMEA-nın alimləri məlumat veriblər. Onların prezident ilham Əliyevə yazdıqları müraciəti təqdim edirik:

"Cənab Prezident! Milli Elmlər Akademiyasının Nizamnaməsinə görə, hər 3 ildən bir bu quruma seçkilər keçirilməlidir. Təəssüf  ki, ölkəmiz müstəqillik qazandığı  22 il müddətində Milli Elmlər Akademiyasına 2 dəfə seçkilər keçirilib və 30 iyun 2014-cü ildə 3-cü dəfə  seçkilər keçirilməsi nəzərdə tutulub. Riyaziyyat və Fizika ixtisası üzrə akademiyanın müxbir üzvlüyünə seçilmək üçün 7 yer nəzərdə tutulub ki, bura da  62 nəfər seçkilərdə iştirak etmək üçün sənəd verib. Əldə etdiyimiz məlumata əsasən  akademiyanın müxbir üzvlüyünə seçilmək üçün ayrılan 7 yerdən 2-nə  Riyaziyyat və Fizika  İnstitutlarının direktorları, 4-nə isə himayədarlıq nəticəsində  ölkəmiz müstəqillik əldə etdiyi  20 ildən artıq bir müddətdə Türkiyə və Almaniyada yaşayıb və işləyən və o ölkələrin vətəndaşlığını qəbul etmiş Əfəndiyev Məsud Arif oğlu , Mahmudov Elmxan Nadir oğlu, Səlimov Arif Ağacan oğlu, Hüseynov Fərhad Vəli oğlu, Əsgərzadə İman Novruz oğlu, Əliyev Təhmasib Məhəmməd oğlu, Nəhmədov Ənvər Pirverdi oğlu arasından " seçəcəklər” .

 Türkiyə və Almaniyada yaşayıb, işləyən və o ölkələrin vətəndaşlığını qəbul etmiş bu şəxslər Akademiyaya seçkidə iştirak edirlər və bəziləri hətta anket məlumatlarını  gizlədərək,  Azərbaycanda işlədiklərini yazıblar. Ölkəmizdə ikili vətəndaşlıq ləğv edilib və bu yoldaşlar hansı ölkənin vətəndaşı olmaları seçimini etməyiblər. 

Cənab Prezident! Heç kəsə sirr deyil ki, İnstitutlara direktorlar heç də həmişə elmdəki xidmətlərinə görə təyin olunmurlar. Ölkəmizdən kənarda  işləməyə bizlərin  çoxu gedib və bir müddətdən sonra qayıdıb vətəndə fəaliyyətimizi davam etdiririk. Ötən əsrin 90-cı illərində kənarda işləyənlərin maaşları bizim buradakı əmək haqqımızdan 100 dəfə artıq, indi isə ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində təxminən 10 dəfə artıqdır.  Akademiyanın Nizamnaməsinə görə seçkilərdə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək hüququna malik olduqlarından başqa ölkənin vətəndaşlarının seçkidən kənarlaşdırılmasına və AMEA-ya  seçkilərin  obyektiv keçirilməsinə göstəriş verməyinizi xahiş edirik. 

  Sizə böyük hörmət və ehtiramla, AMEA-nın Fizika və Riyaziyyat üzrə müxbir üzvlüyünə seçkilərində iştirak edən bir qrup alim".

Müraciətlə bağlı qarşı tərəfin münasibətini də yaymağa hazırıq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA