Səlim Müsülmov fəxri fərmanlar payladı, döş nişanı taxdı

img

23-06-2014 [18:42]


23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin kollektivini peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını ifadə edib.

Mia.az-a nazirliyin İctimayyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlikdə aparılan islahatların əhaliyə xidmət səviyyəsinin yüksək səviyyədə təşkilinə və fəaliyyət sahələrində şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayan nazir nazirliyin hər bir əməkdaşının bu islahatlar prosesində daim səylərini artırmalı olduğunu bildirib. Dövlət qulluğunun məsuliyyətli olduğu qədər də şərəfli bir fəaliyyət sahəsi olduğunu qeyd edən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” fikrinin nazirliyin hər bir əməkdaşı üçün də əsas davranış və fəaliyyət kodeksi olduğunu vurğulayıb.

 Tədbirdə S.Müslümov nazirliyin 7 saylı internat evinin direktoru Səfərova Pərvanə Əli qızını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Əməkdar həkim” fəxri adı ilə təltif olunması münasibətilə təbrik edib və "Əməkdar həkim” fəxri adının döş nişanını ona təqdim edib.

 dbirin yekununda dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA