23-06-2014 [18:27]
Azərbaycan prezidenti İlham Əliyev Beşinci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarına müraciət edib.
Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:
"Əziz dostlar!
Sizi – Beşinci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilmişdir. Şübhə yoxdur ki, bu gün işə başlayan toplantı da qazanılmış uğurların təhlili və qarşıya çıxan aktual məsələlərin müzakirəsi, birgə fəaliyyətin prioritet sahələrinin və yeni formalarının müəyyənləşdirilməsi baxımından faydalı olacaqdır.
Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə yaşadan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir.
Füsunkar təbiəti, etnik və dini rəngarəngliyi ilə seçilən bu diyar respublikamızın mədəniyyət və turizm mərkəzlərindən biri kimi tanınır. Son illər aparılmış genişmiqyaslı quruculuq işləri Qəbələdə yerli və beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər təşkil etməyə, o cümlədən növbəti Azərbaycan-Rusiya regionlararası forumunu yüksək səviyyədə və işgüzar şəraitdə keçirməyə imkan verir.
Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Ölkələrimiz arasındakı etibarlı tərəfdaşlıq münasibətləri və mövcud əlverişli investisiya mühiti özəl biznesin regionlararası iqtisadi əlaqələrə daha yaxından cəlb edilməsinə münbit şərait yaradır. Biz energetika, kənd təsərrüfatı, bank, turizm və nəqliyyat sektorlarında qazanılmış müsbət təcrübədən çıxış edərək, yaxın gələcək üçün yeni hədəflər müəyyənləşdirə bilərik. Həmçinin, əməkdaşlığımızın vacib komponentlərindən olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə də diqqət artırılmalı, bu məqsədlə aydın perspektivləri olan layihələr və işlək mexanizmlər hazırlanmalıdır.
Ümid edirəm ki, forum iştirakçıları yaranmış fürsəti lazımınca dəyərləndirərək, gündəlikdə duran bütün məsələlər ətrafında konstruktiv müzakirələr aparacaq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sanballı töhfə verən, xalqlarımız arasında tarixən bərqərar olmuş dostluq əlaqələrinin daha da dərinləşməsinə yönələn qərarlar qəbul edəcəklər.
Forumun işinə uğurlar, hər birinizə cansağlığı və yeni nailiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi