23-06-2014 [17:26]
Dostlardan birinin dəvəti üzrə ailəlikcə İsmayıllıya səfər etdik
iyunun 20-də. İlk dəfəydi ki, bu bölgəyə gedirdim. Əvvəllər Şamaxıya yolum
düşmüşdü. Amma ordan o tərəfə yalnız Ağsu yönündə getmişdim, İsmayıllıya
getməyə səbəb olmamışdı. İndi isə belə bir səbəb oldu. Ailə dostlarımızdan gənc
bir xanımın toyuna dəvətliydik və belə bir dəvəti əlbəttə ki, yerə salacaq
deyildik. Bir qrup pedaqoji işçiylə birlikdə yol aldıq İsmayıllıya.
Adətimdir, bir səfərdən döndükdən sonra gördüklərimi yazar, başqalarının da bu izlənimlərə ortaq olmasını istərəm. İlk dəfə getdiyim İsmayıllıdan da belə bir yazımı təqdim edirəm.
Bakıdan çıxıb üzü Şamaxıya yol alırıq. Əvvəllər bu yolu kəsə olaraq
gedərdik. İndi isə bir qədər dolanıb üzü Sumqayıta getməklə hardasa daha
Yol hamardır, asfaltı keyfiyyətlidir və bəzən yüngülvari qüsurları olmasa hətta "idealdır” demək olar. Təbii ki, hərəkət zolaqlarının sayının hələlik hər tərəfə cəmi bir sayda olması da problem sayıla bilər. Lakin yol boyu, düz Şamaxıya qədər yeni zolaqların tikilməsi, genişləndirmə yönündə aparılan işlər ondan xəbər verir ki, çox yaxın zamanda bu yol magistral səviyyəsinə çatdırılacaq.
Burada onu da qeyd edim ki, istər Qobustan rayonu ərazisindəki quru dağların, istərsə də Şamaxı ərazisindəki yam-yaşıl dağların və yaylaların gözəlliyi göz oxşayır. Könül istər ki, belə bir yerdə yaşayasan.
Şamaxıdan İsmayıllıya yol
alarkən (qeyd etdiyim kimi ilk dəfə idi gedirdim İsmayıllıya) tez-tez rast
gəldiyim çox adi bir qüsuru burda da gördüm.
Balaca bir dairədən sağa və sola olmaqla yol ayrılır. Sola Ağsuya, sağa İsmayıllıya getməlisən. Di gəl ki, ilk dəfə bu yoldan keçənləri bilgiləndirmək üçün adi bir lövhə də vurulmayıb. Sadəcə xaritədən bildiyimə görə Ağsunun aşağıda, İsmayıllının yuxarıda olduğunu nəzərə alıb sağa dönürəm. Amma elə adam da ola bilər ki, bunları bilməsin. Ən adi bir lövhənin - istiqamət göstəricisinin orada yoxluğu şəxsən məni xeyli təəccübləndirir.
Beləliklə, İsmayıllı yoluna dönürük. Buradan o tərəfə yol heç də bura qədər olan yol kimi hamar və təmirli deyil. Təəssüf ki, əlbəttə. İsmayıllı kimi turist məkanına gedən yol belə olmamalıdır məncə. Və üstəlik, yoldakı polislərin sayı da adamı sadəcə hürküdür. Bəli, məhz hürküdür! Soruşan lazım ki, bu qədər yol polisinin nə işi var bu dar, enişli-yoxuşlu və üstəlik də bəzən bərbad dağ yollarında? İddia edilə bilər ki, nəqliyyatın təhlükəsizliyini təmin edirlər. Edilsin, amma heç də ona bənzəmirdi.
Təəssüf ki, imkan tapıb şəklini çəkə bilmədiyim elə hallar vardı ki, orada yol polislərinin təhlükəsizliyi təmin etdiyindən danışmaq nəinki mümkün deyil, üstəlik onların təhlükə törətdiyi göz önündə idi. Təsəvvür edin ki, sərt və dar bir enişdə, özü də üzü aşağı döngədə, harda ki, ümumiyyətlə maşın saxlamaq qadağandır (!!!), yol polisi öz maşınını düz döngədə saxlayıb, əlavə iki maşını dayandırıb protokol yazır! Bu təfəkkürün adını bilən varmı?
Yaxud da öz başıma gələni deyim. Sakitcə yolumu gedərkən qarşıdan gələn polis maşını geri dönüb arxamca düşdü, maşını saxlamağı tələb etdi.
Saxladım, yanaşdı, özünü təqdim edib sənədlərimi istədi. Səbəbini soruşdum, iddia etdi ki, telefonla danışırmışam! Nə qədər cahil olmalısan ki, Azər Həsrətin sükan arxasında telefonla danışdığını iddia edəsən?!
Mən Azərbaycanda nadir insanlardan biriyəm ki, bu vaxta qədər bir dəfə də olsun sükan arxasında telefonla danışmadım və danışmaram da! Zəng gəlirsə, cavab vermirəm. Cavab verməliyəmsə, mütləq maşını yolun sağına çəkib saxlayır, sonra danışıram. Bunu polisdən qorxduğum üçün deyil, öz təhlükəsizliyim üçün edirəm. Bütün bunlar bir yana, hazırda maşınımın üzərində telefon var və sadəcə olaraq cib telefonuyla danışmağıma gərək də qalmır. Yəni əllərim sükanda olduğu halda rahat-rahat telefonda danışa bilirəm. Bizi dayandıran polis isə iddia edirdi ki, məni qulağımda telefonla görüb. Dedim, olsun. Görmüsünüz, şəklini çəkin, göndərin ünvanıma, cəriməsini ödəyim. Bununçün burda aşağı-yuxarı danışmağa nə gərək var? Və dedim ki, tamam, o zaman maşınınızın kamerasının çəkdiklərini göstərin, protokol tərtib edin, cəzamı verin. Polis də qayıdasan ki, kamera nə gəzir? Dedim, onda necə sübut edəcəksiniz ki, mən telefonla danışırdım? Cavab verdi ki, ona elə gəlibmiş. Nə isə, bu polisə izah etməyə çalışdım ki, cəmi 30-35 km-lik yolda bu qədər yol polisinin olması axı ayıbdır sadəcə! Qayıtdı ki, təhlükəsizlik üçün edirik. Cavabım bu oldu ki, belə əməl təhlükəsizlik üçün olana bənzəmir.
Sadəcə yay vaxtıdır, istirahətə gəlib-gedənlərin qanını qaraltmaqdan başqa heç bir şey deyil. Təxminən 15 dəqiqəlik zəhlətökənlikdən sonra yoluma davam etdim. Və düşündüm.
Düşündüm ki, Azərbaycan hətta Avropanın belə etiraf edəcəyi qədər sürətlə inkişaf edir. Ölkənin hər yeri abadlaşdırılır, yenidən qurulur. Yeni evlər, körpülər tikilir, yollar salınır, su, qaz xətləri çəkilir. Yəni insanların rifah halının yüksəldilməsi, adamın adam kimi yaşaya bilməsi üçün dövlət, sözün həqiqi mənasında, gecə-gündüz çalışır. Yüksək səviyyə, dünya standartları az qala hər addımda göz oxşayır. Və bütün bunların fonunda hələ də yollarda maşınları dayandırıb haqsız yerə sürücüləri incidən polislərə rast gəlinir! Olarmı belə şey? Olmaz təbii.
Hələ mən rayonlar arasındakı
DYP postlarını demirəm! Avropada ölkələr arasında nəinki post, adi bir keçid
məntəqəsi belə yoxkən biz bir rayonumuzdan digərinə DYP-nin nəzarəti altında
keçirik! Hansı əsrdə yaşayırıq, hansı iddiaları olan ölkənin vətəndaşlarıyıq
biz axı? Məgər Azərbaycan dövləti deyilmi hüquqi dövlət, vətəndaş özünüidarəsi
prinsiplərini rəhbər tutaraq sürətlə bu istiqamətdə gedən? Axı, ölkə
Prezidentinin ifadə edilən iradəsinə baxılarsa, bəli, Azərbaycan bu yöndə
inkişaf edir. Amma bəzi polislərin, bəzi məmurların əməllərinə baxılarsa,
Azərbaycan geriyə doğru sürətlə hərəkət edir. Bunu da təsadüfən demirəm. Çünki
bir aralar ümid vardı ki, rayonlar arasındakı DYP postları ləğv ediləcək. Amma
indi fikir verirəm ki, nə ləğv edilməsi, əksinə, yenidən qurulurlar! Elə həmin
İsmayıllı-Şamaxı yolu üzərindəki post, yaxud da Bakını hər tərəfdən mühasirədə
saxlayan DYP, gömrük, ekologiya və daha nə bilim nə postları buna sübutdur. Və
bütün bunlar azmış kimi xalq arasında "nəqliyyat qoçuları” adını almış
nəqliyyat müfəttişləri də öz postlarını qururlar. Özü də çox sürətlə! Adi
Bakı-Quba yolu üzərində artıq bunların bir neçəsinə rast gəlmək olar. Ayıb
deyilmi? Nədir bu hər addımda post qurmaq? Siz hər sürücünün başı üzərinə bir
polis, bir müfəttişmi qoymaq fikrindəsiniz? Axı, bu postların çoxluğu sadəcə
ölkənin üzünü qara etməkdən başqa heç bir işə yaramır!
Dəfələrlə olub ki, xarici qonaqlarımı Bakıdan kənara çıxardığım zaman o postlarla bağlı ən sadə suallara cavab verməkdə çətinlik çəkmişəm! Çünki Avropa insanına, lap elə Türkiyədən gələn qonaqlarımıza bunu izah etmək mümkün deyil! Çünki heç bir məntiqə söykənməyən belə postların varlığını əcnəbilərə izah etmək imkansız bir şeydir! Sadəcə bu qədər!
Ölkəmiz yaxşıdır. Dövlətimiz, kimin nə deməsindən asılı olmayaraq, ciddi inkişaf mərhələsi yaşayır. Ölkə başçısı və ona sözün həqiqi mənasında sadiq olan siyasi kəsim və məmur ordusu da gecə-gündüz çalışaraq bu inkişafın sürətini artırmağa səy göstərir! Amma biriləri 21-ci yüzildə yollarda yeni-yeni postlar quraraq bu tablonu orta əsrlər səviyyəsinə qədər alçaltmaqla məşğuldur! Ayıb yəni, çox ayıb!
Bu qədər qanqaraldıcı tablodan sonra, əlbəttə, təbiətini, insanlarını çox bəyəndiyim İsmayıllı haqqında yazmaq da olmur. Ölkəm üçün ayıb sayılacaq bu görüntülər insanın qanını o qədər qaraldır ki, bəzən yaxşıları da görmək olmur.
Könül bulandıran milçək örnəyi yəni...
Azər Həsrət,
Yeddi Dövlət- Bir Millət Konseyi Başkanı, Mətbuat Şurası İH üzvü
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi