Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
11-03-2024 [20:45]
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Milli Məclisə gəlib.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.
Daha sonra keçirilmiş görüş zamanı Milli Məclisin sədri ali qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan səfərinin, Prezident İlham Əliyevlə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu səfər xalqlarımız arasında dostluq və qardaşlığın növbəti təzahürüdür və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcək.
Görüşdə qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi bağlarla bir-birinə bağlıdır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz də məhz bu möhkəm təməl üzərində qurulub.
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətinin əhəmiyyətinin də vurğulandığı görüşdə hazırda dünyada bir sıra neqativ proseslərin də müşahidə olunduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofobiya kimi meyllər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.
Spiker xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycanın dövlət başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz türk dünyasıdır və biz birlikdə çalışmalıyıq ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilsin. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidir. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.
Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Qazaxıstan Prezidenti, Senat sədri vəzifəsində Azərbaycanın Milli Məclisində 3 dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.
O, prezident seçkilərində əldə etdiyi parlaq qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik etdiyini bildirib. Həmçinin, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da bizim üzərimizə xüsusi öhdəliklər qoyur.
Azərbaycanın regionda artan rolunu vurğulayan Prezident Tokayev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, xatırladıb ki, Prezident İlham Əliyevlə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.
Söhbət zamanı Prezident Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstanın dövlət başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan Prezident Tokayev Azərbaycanda keçirilmiş Qazax mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstanın dövlət başçısı beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Qazaxıstan Prezidenti ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, parlamentlərarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb.
Parlament diplomatiyasına verdiyi yüksək dəyərə görə, ali qonağa təşəkkürünü bildirən Sahibə Qafarova deyib ki, parlament diplomatiyası əlaqələrimizin genişlənməsində mühüm rol oynayır.
O, məmnunluqla qeyd edib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan Milli Məclisi ilə həm Qazaxıstan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Bildirilib ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Vurğulanıb ki, parlamentlərimiz arasında əlaqələri daha da dərinləşdirmək üçün çoxlu imkanlar var. Parlament komitələri arasında aktiv qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi