Komitə sədri: "Azər Məmmədov “Azəriqaz”a müşavir təyin ediləndə, bilirdim ki..." - "Qohumluq əlaqələri olanlar işdən çıxarılmalıdır"
11-03-2024 [17:43]
““Azəriqaz”ın fəaliyyətini 7 ildən artıqdır, araşdırırıq. Hətta 2018-ci ildə abonentlərə nə qədər ziyan vurduqları barədə məlumat dərc etmişik. Həmin vaxt Əkbər Hacıyev baş direktor, Ruslan Əliyev isə onun müavini idi. Ruslan Əliyevə cansağlığı, yeni iş yeri arzulayıram. Dövlət Neft Şirkətinin yeni komandasının kadr siyasətinə uyğun olaraq bilirdim ki, Ruslan Əliyev 1 il yarıma işdən azad olunacaq. O, satış üzrə müavin olduğu üçün bütün yazılarımın məsuliyyəti onun boynunda idi. Məsələn, “Azəriqaz”ın abonentlər qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, 24 saat təmiz qazla təmin olunmamaq, sayğacların tez-tez dəyişdirilməsi. Çox təəccüblüdür ki, “qaz əməliyyatı” aparılmırdı. Elə bir proses idi ki, bundan ötrü yalnız işdən çıxarılmalı yox, məsuliyyətə cəlb olunmalı idilər...”.
Mia.az xəbər verir ki, bu söğzləri Pravda.az-a açıqlamasında “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

“1 ildən artıqdır ki, qaz itkisini əhalinin hesabına bağlamaq, ölkənin qazlaşdırılması haqqında düzgün olmayan məlumatlar vermək... 2009-cu ildən araşdırmam var. “Azəriqaz” rəhbərliyi hər il oktyabr-noyabr aylarında deyir ki, qazlaşdırma 93% yerinə çatdırılıb, ilin sonuna 96-97% yerinə yetiriləcək. Sözlərinə “sadiq” adamdırlar. Bu, heç bir əndazəyə sığmır. Nə danışıramsa, sənədə əsaslanıram.
Rəhman Qurbanov SOCAR-ın vitse-prezidenti olanda əmr vermişdi ki, qeydiyyatdan yayınan qaz axını necə hesablanmalıdır. Bəzən qaz işlənir, abonentin xəbəri olmur. Rekomendasiyaya əsasən, son üç ay ərzində evdə olan qaz avadanlıqlarının sərfiyyatını hesablayacaq düstur qoymuşdular. Bu düstura görə, onlar abonentdən pul götürməli idilər. Bunu 3 ay əvəzinə 6 ay etmişdilər. Həmin vaxt Əkbər Hacıyev rəhbər idi, proses də gedirdi. Əhali həmişə cərimələnirdi. Bununla bağlı nə qədər məhkəmə işimiz olubsa, qazanmışıq. Məhkəmədə ona görə udurduq ki, nəzarətçilərə belə plan qoyulmuşdu: “Günün sonuna kimi neçə abonentdən sayğaca müdaxilə aktı gətirməlisiniz”.
Siz də bilirsiniz ki, bütün sayğaclar küçədə, yaxud bina evlərində dəhlizlərdə qoyulur. Fərdi yaşayış evlərində, hətta həyətə də girmişdilər. “Sayğaca müdaxilə” adı ilə insanlara nə qədər cərimə tətbiq etdilər. Ruslan müəllim, bütövlükdə “Azəriqaz” əhalinin yadında nə qədər abonentə ziyan vurulması ilə qaldı. Nə qədər qeyri-qanuni cərimələr, qeyri-qanuni sayğac müdaxilələri...
Qaz itkisi, sayğac məsələsi barədə mənə zaman-zaman görüntülər də göndərirdilər. Bəs bunu Ruslan Əliyev tək etmişdi? Orada bütöv bir “komanda” işləyirdi. Hər həftə mətbuat qarşısına çıxırdı. Guya əhali ilə görüşürdü. Bəs əhalinin qaldırdığı hansı problemlər yerinə yetirilmişdi?
Düşünürəm ki, köklü araşdırmalar aparılmalıdır. Qohumluq əlaqələri olanlar işdən çıxarılmalıdır. Yalnız peşəkarlar qalmalıdır. “Azəriqaz”da peşəkar mühəndislər, işçilər var. Yeni gələn Azər Məmmədov “Azəriqaz”a 1 il əvvəl komandanın yeni siyasətinə uyğun olaraq müşavir təyin ediləndə bilirdim ki, onu Ruslan Əliyevin yerinə hazırlayırlar. Amma kim zəmanət verəcək ki, Ruslan Əliyevin etdiklərini, əhaliyə vurduğu ziyanı Azər Məmmədov daha peşəkar şəkildə etməyəcək, yaxud həqiqətən də, ədalətli, idarəetmə qabiliyyəti olan insan kimi işləyəcək. Bunu zaman göstərəcək. Onsuz da birinci məlumatı mən alacağam. Fikrimcə, “Azəriqaz" SOCAR-ın tərkibindən çıxarılmalıdır. Satış üzrə iki-üç başqa-başqa idarələr olmalıdır ki, əhali özünə daha çox sərf edən məbləğə və şərtlərə uyğun müqavilə bağlasın. Ən əsası da Ruslan müəllimin fəaliyyəti dövründə yaddaqalan məqamlardan biri qazdan zəhərlənmələrdir. Bu, bağışlanılmaz haldır, amma nə araşdırmadılar, nə də dövlət səviyyəsində yoxlanılmadı. Bu iş hələ açıq qalır: günahkar kimdir?”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi