Usubov daha bir bölmə haqqında qərar verdi

img

23-06-2014 [13:24]


Hökməli qəsəbəsində polis bölməsi yaradılır.  Bunun üçün Hökməli qəsəbəsi At yalı yaşayış massivində yer də ayrılıb. Yer Hökməli bələdiyyə sədri Nemət Mirhadıyevə məxsus olduğu bildirilən "Vüsal” şadlıq sarayının yanında yerləşir.

 

Xəbəri Abşeron rayon Polis şöbəsindən təsdiqləyiblər. Bildiriblər ki, Abşeron Polis Şöbəsinin Mehdiabaddakı polis bölməsindən sonra Hökməlidə də bölməsi yaradılacaq. Bölmə bina tikilib hazır olandan sonra fəaliyyətə başlayacaq. Şöbədən o da bildirilib ki, bölmə 30-40 nəfərlik heyətdən ibarət olacaq.

 

Ümumiyyətlə, Abşeron rayonunda fəaliyyət göstərəcək polis bölmələrinin sayı 4-ə çatdırılacaq. Mehdiabad və Hökməlidən sonra, Xırdalan şəhərində və Masazır qəsəbəsində də bölmələr olacaq. Xırdalan şəhərində fəaliyyət göstərəcək bölmənin bina yeri bir dəfə müəyyənləşdirilsə də, qərar dəyişib və bu səbəbdən hələlik nə Masazırda, nə də Xırdalan şəhər Polis bölmələrinin yeri məlumdur.

 .

axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA