Qocaman YAP-çı İlham Əliyevdən kömək istədi

img

23-06-2014 [13:22]


"Yeni Azərbaycan” Partiyasının ilk üzvlərindən olan, "Azərbaycan müəllimi” qəzetinin sabiq baş redaktoru, şair, publisist Valeh Əvəz oğlu Mirzəyev (Valeh Mirzə) hakim partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. 7 ildir ki, işsiz olan V.Mirzənin müxtəlif dövlət qurumlarına çox saylı müraciətlərinə baxmayaraq, hələ də ixtisasına uyğun işlə təmin edilməyib. Ümidi hər yerdən üzülən sabiq baş redaktor ölkə prezidentinə müraciət etməyə məcbur olub. 

Bu barədə "musavat.com” saytına V.Mirzənin özü məlumat verib. V.Mirzənin sözələrinə görə, 7 ildir ki, işsizlikdən əziyyət çəkir: "Düz 30 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğulam. 1984-cü ildən "Azərbaycan pioneri”, indiki "Savalan” qəzetində fəaliyyətə başlamışam. 2001-2007-ci illərdə Təhsil Nazirliyinin təsisçisi olduğu "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru olmuşam. 2007-ci ildən bu günə qədər işsizəm. Demək olar ki, bütün qurumlara müraciət etmişəm. Ancaq hec bir reaksiya yoxdur”.

V.Mirzənin sözlərinə görə, YAP-ın yarandığı ilk günlərdən partiya sıralarına qoşulub: "Mənim YAP-a ərizəmi məşhur 91-lərdən olan Xeyrəddin Qoca Naxçıvana apararaq, mərhum prezident Heydər Əliyevə təqdim edib. Bu gün də fəal YAP-çı olaraq qalıram. Ölkə prezidenti və YAP sədri olan cənab İlham Əliyevdən yeganə xahişim budur ki, mənim ixtisasıma uyğun bir işlə təmin olunmağıma yardım etsin”.

1956-cı il təvəllüdlü Valeh Mirzə Cəlilabad rayonunda doğulub. O, özü haqqında məlumat verərkən bildirib ki, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universitetini) bitirib. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. 9 kitabın, o cümlədən mərhum prezident Heydər Əliyev haqda 2 kitabın müəllifidir. "Azərbaycan dövlətçiliyinin qoşa qanadı” adlı kitabı 2004-cü ildə Beynəlxalq Heydər Əliyev Forumunun 1-ci diplomuna layiq görülüb. Prezident Administrasiyasının kitabxanasında dövlətçiliklə bağlı yazı və kitabları yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA