Prezidentin sərəncamında kimlərin adı var? - SİYAHI

img

23-06-2014 [13:16]


"General rütbəsi alacaq şəxslərin adlarının bu gün axşama kimi açıqlanması gözlənilir”.

 

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a  açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

 

O, yeddi nəfərin general rütbəsi almaqla bağlı namizədliyinin artıq prezidentə təqdim olduğunu bildirib:

 

"Bir müddət öncə sizin də yazdığını kimi, yeddi nəfər generalın adı artıq siyahıdadır. Çox maraqlı məqamdır ki, Elxan Məcidov mətbuatın yazdığının əleyhinə olaraq, öz yaxın çevrəsində deyib ki, heç nazir də onun general rütbəsini almasına mane ola bilməz. Bir müddət gözləyək və kimin haqlı olduğunu görəcəyik”.

 

Hərbi ekspert general olacaq şəxslərin adlarını bildiyini, ancaq Prezident sərəncamından öncə bu adları açıqlamağın qeyri-etik olduğunu və mümkün yanılma ehtimalını nəzərə alaraq, açıqlamaq istəmədiyini bildirib. Onun sözlərinə görə, maksimum sabaha qədər adlar açıqlanacaq:

 

"Sabah Azərbaycan Ali Hərbi Məktəbində buraxılış mərasimi olacaq. Burada dövlət başçısının da iştirakı gözlənilir. Böyük ehtimalla bu gün axşam orduyla bağlı təltiflər elan olunacaq. Həmçinin bu gün və sabah ərzində Silahlı Qüvvələrlə bağlı bir neçə əmr, sərəncamın da verilmə ehtimalı var”.

 

Qeyd edək ki, bir müddət öncə saytımızda yeddi nəfərə Silahlı Qüvvələr Günü ərəfəsində general rütbəsinin veriləcəyi ilə bağlı açıqlama yayımlanmışdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA