Mahnı Teatrında “Qızıl Toxum” tamaşası nümayiş etdirilib
07-03-2024 [18:03]
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məktəblilər üçün “Qızıl toxum”adlı macəra tamaşası nümayiş etdirilib.
Mia.az xəbər verir ki, səhnə əsəri Bakı Avropa Liseyi və Huma Quşu Təhsilə Yardım Fondunun “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsi çərçivəsində baş tutub.
Tamaşadan əvvəl Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək litseyin keçmiş məzunu, Beynəlxalq Qızıl Xaç Komitəsinin Kolumbiyadakı missiyasında çalışdığı zaman faciəli surətdə həlak olmuş Humay Quliyeva haqqında danışıb və onun liseydə təhsil aldığı illərdə necə gözəl mənəvi keyfiyyətlərə, vətənpərvərlik xüsusiyyətlərinə malik olmasından bəhs edib.
Daha sonra Bakı Avropa Liseyinin istedadlı şagirdlərinin ifasında tamaşa nümayiş etdirilib. Macəra janrında, Novruz bayramı mövzusundakı musiqili dram tamaşası baş qəhrəmanlar Badam, Nərgiz, Qara Toyuq və Əncirin dünyanı zülmət Qaranlıqdan xilas etmək üçün Qızıl Toxumun axtarışına çıxması ilə başlayır. Onlar gizli xəzinəni axtararkən Su, Od, Hava və Torpaq Pərilərini ziyarət edir, səyahət boyu Qaranlığın xidmətçiləri və onların əlaltıları ilə mübarizə şəraitində çətin maneələri dəf edirlər. Səyahətin sonunda hər bir Pəri qəhrəmanlara həlledici anda lazım olacaq simvolik bir əşya hədiyyə edir. Su Pərisi onlara su ilə dolu qab, Od Pərisi çıraq, Hava Pərisi “küləyin nəfəsi” ilə doldurulmuş tulum, Torpaq Pərisi isə içərisində bir ovuc torpaq olan boxça verir. Qəhrəmanlar Unudulma Meşəsi və İnamsızlıq Körpüsündə Şübhə Qayası, Qorxu Vadisi, Ümidsizlik Düzənliyi kimi maneələrə qarşılaşır, bütün çətinlikləri uğurla dəf edir, hətta bu zaman özlərinə bir neçə dost da tapırlar. Qəhrəmanlara yardım göstərən Pərilər Novruz bayramından əvvəlki Çərşənbələrin metaforik obrazlarıdır. Tamaşanın əsas ideya yükü kimi çıxış edən Qızıl Toxumlar isə bayram də dirilik rəmzi Səmənini simvolizə edir.
Hekayənin sonunda qəhrəmanlar türk mifologiyasında tez-tez rast gəldiyimiz Gözəgörünməz Dağa qalib gəlib Qızıl Yumurtanın yerləşdiyi Güzgü gölünün ortasına düşürlər. Qızıl Toxum isə mifik Huma Quşunun məhz bu yumurtasının içindədir...
“Böyüklər üçün uşaq nağılı” şüarı ilə nümayiş olunan 110 dəqiqə xronometraja malik tamaşada yumor, fəlsəfə və mifik obrazların dili ilə cəmiyyətin nöqsanları tənqid olunur. Bununla yanaşı, tamaşada verilən əsas mesajlardan biri də gələcəyin etibarlı əllərdə olmasıdır. Tamaşa üçün bəstəkar Tural Məmmədli tərəfindən 7 orijinal mahnı və saundtrek bəstələnib. Qeyd edək ki, bu, Bakı Avropa Liseyinin şagirdləri böyük maraqla qarşılanan “Qızıl toxum” tamaşası ilə bu cür xeyriyyə aksiyasında ilk iştirak etmişlər. Gələcəkdə bu tipli xeyriyyə aksiyalarının bir ənənəyə çevrilməsi nəzərdə tutulur.
Tamaşadan sonra H.Quliyevanın yaxın rəfiqəsi və keçmiş sinif yoldaşı, Huma Quşu Fondunun üzvü, gənc rəssam Günel Hüseynzadə çıxış edərək Humayın şəxsi keyfiyyətləri, lisey illərində onunla səmimi dostluğu haqqında xatirələrini bölüşüb, Humayın adını yaşatmaq, xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılan Huma Quşu Təhsilə Yardım Fondu haqqında ətraflı məlumat verib. O, eyni zamanda Fondun adından Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, eləcə də tamaşanın aktyorları olan lisey şagirdlərinə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, “Qızıl Toxum” tamaşası üzləşdikləri maddi çətinliklərə baxmayaraq, maneələri uğurla dəf edib yüksək göstəricilərə çatan və təhsilini davam etdirmək istəyən cəsur gənclərə dəstək məqsədi daşıyır və tamaşadan əldə olunan vəsait bu işə sərf olunacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi