Prezident Təhlükəsizlik Xidməti ilə bağlı fərman verdi - Nələr olacaq?
07-03-2024 [12:17]
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə”sinin təsdiqlənməsi barədə fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin (bundan sonra – Xidmət) rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Xidmətin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
Xidmətin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır.
Xidmətin rəsmi emblemi onun hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında və inzibati binalarının adı göstərilən lövhələrində də yerləşdirilə bilər.
Xidmətin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:
Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında;
Qeyd olunub ki, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi qızılı haşiyəli qara dairə formasındadır. Dairənin kənarında qövs boyunca qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN”, aşağıda “TƏHLÜKƏSİZLİK XİDMƏTİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən əvvəl və “PREZİDENTİNİN” sözündən sonra qızılı rəngdə səkkizguşəli ulduz təsvir edilmişdir.
Dairənin mərkəzində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Həmin təsvirin sol və sağ tərəflərində iti ucları aşağıda bir-biri ilə birləşən və kəsici tərəfləri dairənin kənarına baxan qızılı rəngdə iki ədəd qılınc yerləşir (rəsmi emblemin şəkli əlavə edilir).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi