Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-03-2024 [00:09]
Qoç - Yetərincə ağır, mürəkkəb bir gündür. Səbirsiz və kəmhövsələ olmayın. Planlarınızı həyata keçirmək üçün əlverişli zamanı gözləyin. Soyuqqanlı olun, təmkinlə davranın. Yaramaz insana sizi təbdən çıxarmağa imkan verməyin.
İşgüzar danışıqlar üçün əlverişli gün deyil. Həddən artıq emosional olsanız, diskussiyanı konstruktiv məcrada apara bilməyəcəksiniz. Müstəqil fəaliyyət və təkbaşına iş üçün yaxşı gündür. Maliyyə problemləri yarana bilər. Amma yaxınlarınız dadınıza çatacaq. Yolda, sükan arxasında ehtiyatlı olun. Xoşagəlməz, pis hadisə riski var.
Buğa - Problemlərin hamısını birdən həll etməyə çalışmayın. Strateji məsələləri və problemləri çözmək üçün əlverişli zamandır. İntellektual və yaşam potensiallarınızın səviyyələri yüksəkdir. Üstəlik, kimin nəyə qadir olduğunu dərhal anlayın. İşdə kiçik problemlərə aldanaraq ciddi müşküllərin həllini təxirə salmayın. Karyera müstəvisində irəliləmək və gəlirləri əhəmiyyətli dərəcədə artırmaq şansları yaranır. Axşam saatlarını sevdiyiniz insanla keçirin. Görüş xoş təəssürat yaradacaq.
Əkizlər - Önəmli, ciddi və əhəmiyyətli işə başlamayın. Bunun əvəzində əvvəllər başladığınız işləri başa vurun. Çalışdığınız yerdə qayda yaradın. Fikir və planlarda konkretliyə nail olun. Boş söhbətlər və sarsaq təkliflərə şirnikməyin. Yaxın ətrafınızdakı insanların davranışı, qəribə sualları fikrinizi yayındıra bilər. Başqasının problemlərinin həllinə aludə olmayın. Əks halda qıcıqlanacaq, stress vəziyyətinə düşəcəksiniz. Mənfi emosiyaların təsiri altına düşməyin, münaqişələrin yaranmasının qarşısını alın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm istisna deyil. Özünüzü ifrat dərəcədə yormayın.
Xərçəng - Uğurlu və münasib gündür. Başladığınız işləri bitirin. Bədxahlarınızdan biri aktivliyinizi və səylərinizi dəyərləndirərək mövqeyini dəyişə bilər. Yeni müttəfiqlərə inanmağa tələsməyin. Köhnə dostlara yardım üçün müraciət edə bilərsiniz. Belə taktika uğurun rəhnidir.
Dəvət aldığınız toplantı, məclis, ziyafət, seminar və ya konfransa mütləq qatılın. Romantik görüş yaxşı keçəcək. Asudə vaxtınızı bilik, informasiya və təcrübənin əldə olunmasına sərf edin. Qazanacağınız vərdişlər karınıza gələcək.
Şir - Gün qarşınıza çətin məsələlər qoyur. Onların öhdəsindən gəlməyə can atın. İşgüzar tərəfdaşlarla dil tapmaq, planların reallaşmasına mane ola biləcək maneələri dəf etmək çətin deyil. İşdə rəhbərliklə mübahisə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. İşgüzar səfər və ya ezamiyyət yaxşı alınacaq.
Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır. Qətiyyətli və inadkar davranış hesabına çoxdankı arzularınızdan birini reallaşdıra bilərsiniz. Gəlirlər olacaq. Alış-verişdə bədxərclik etməyin.
Qız - Darıxdırıcı və usandırıcı işlərin öhdəsindən belə, əzmlə gəlməyə çalışın. Köhnə dostlar, etibar etdiyiniz insanlar, müttəfiqlər sizə yardım edəcəklər. Onlar ən ağır, usandırıcı, darıxdırıcı işi görməyə hazırdır. Hesabatlar və biznes-planların hazırlanması, rəqiblərin kommersiya fəaliyyətinin araşdırılması üçün əlverişli zamandır. Bu minvalla dürüst strategiyaya nail ola bilərsiniz.
Günün ikinci yarısında qəfil, qiymətli hədiyyə ala bilərsiniz. Nəzərdə tutulmamış səfər, qəfil, amma çox cazibədar təklif istisna deyil. Maraqlı tanışlıqlar ola bilər.
Tərəzi - Genişmiqyaslı anlaşmalar, yeni kommersiya layihəsini reallaşdırmaq üçün əlverişli zamandır. İşgüzar hissiyatınız qüsursuzdur. Hansı işin perspektivsiz, hansı işin isə mənasız olduğunu müəyyənləşdirin. Tərəfdaşlarla danışıqlar uğurla keçəcək. Fəqət, gərəkli nəticə tezliklə əldə olunmayacaq. Qətiyyətli və iradəli olun, mövqelərinizdən geri çəkilməyin. Bir qədər sonra sərfəli şərtlərə nail olacaqsınız.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Şəraitin dəyişməsi uğurlu, təəssüratlar isə yaxşı olacaq. Yeni tanışlıq və təmaslar istisna deyil.
Əqrəb - Soyuqqanlı və təmkinli davranaraq hər xırda işə görə sinirlənməsəniz, gün uğurlu keçəcək. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Bu gün sizinlə ünsiyyətdə olmaq istəyənlərin sayı yetərincədir. Fəqət belə söhbətlərdə faydalı az şey eşidəcəksiniz. Yeni informasiya, bilik və məlumatların əldə olunması, sənədlərin öyrənilməsi, təcrübənin əxz edilməsi üçün sərfəli gündür.
Günün rejimini bəlirləyin. İstirahət azlığı və yuxusuzluq səhhətinizə mənfi təsir edə bilər. Məişət problemləri yarana bilər. Həmin problemləri müstəqil həll etməyə çalışmayın. Yardım üçün yaxınlarınıza müraciət edin.
Oxatan - Yeni və mühüm işə başlamaq üçün düşərli zamandır. Problemin həllinin ən effektiv variantını tapmaq, effektiv fəaliyyət planı hazırlamaq mümkündür. İntuisiyanıza güvənin. Onun siqnalları dəqiq və məntiqlidir. Yeniliklərlə maraqlanın, dünyagörüşünüzü artırın. Hadisələrə və nəsnələrə qeyri-standart baxışları ilə fərqlənən ağıllı, bilikli insanlarla tərəfdaş olmağa çalışın.
Sizə əziz olan şəxsdən günün ikinci yarısında önəmli xəbərlər alacaqsınız. Köhnə düşmənlər də özlərini xatırladacaqlar. Lakin onlar sizə ciddi maneələr yarada bilməyəcəklər. Romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır.
Oğlaq - Peşə fəaliyyətinizlə bağlı məsələlərin öhdəsindən sürətlə, vaxtında gəlməyə çalışın. Problemlərin həllini uzatmayın. Ciddi işgüzar məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Hüquqi məsələləri həll etmək olar. Küsənləri barışdırın, uzunmüddətli və məhsuldar əməkdaşlığı mümkün edəcək kompromissi tapın.
Günün ikinci yarısında sənədlərlə işləmək məsləhət deyil. Səhv və yanlışlıq riski çox yüksəkdir. Üstəlik, adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Səfər və ya səyahət uğurlu alınacaq. Yolda maraqlı tanışlıqlar istisna deyil.
Dolça - Gün yetərincə gərgin ola bilər. Davranış modelini düzgün seçin, münaqişə və ya ciddi ixtilaflara səbəb olmayın. Anlaşma, sövdələşmə, genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli gün deyil. İşgüzar danışıqlar o qədər də məhsuldar deyil. Fəqət tərəfdaşlarda özünüzlə bağlı xoş rəy yarada biləcəksiniz. Sizi maraqlandıran məsələlərin müzakirəsinə bir qədər sonra qayıda bilərsiniz. Ailədə mübahisə istisna deyil. Belə konfliktə istənilən formada xırdalıq və ya ani məqam səbəb ola bilər. Nikbin, gülərüz olun.
Balıqlar - İstənilən görüş, işgüzar və şəxsi məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Yeni məlumat asanlıqla əxz olunur. Başqasının təcrübəsindən yararlana bilərsiniz. Yaranmış situasiya ilə bağlı dolğun məlumata malik insanlara yardım üçün müraciət etməkdən çəkinməyin. Mühüm görüş planlaşdırıbsınızsa, xarici görünüşünüzə xüsusi fikir verin. Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Ailəvi tədbirlər pis keçməyəcək. Yaxınlarınızla mümkün qədər çox vaxt keçirin.
Milli.Az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR