"Ev tikmək istəyənlərin üzərinə elə hücum çəkirlər ki..." - Deputat icra başçılarını tənqid elədi
05-03-2024 [17:18]
“Vətəndaşlar ev tikintisi üçün kənd təsərrüfatı torpaqlarından istifadə edirlər. Bakının bütün rayonlarında, o cümlədən bütövlükdə Abşeron rayonu ərazisində də vəziyyət belədir”.
Mia.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdəki müzakirələr zamanı deyib.
O qeyd edib ki, hazırda kənd təsərrüfatı sahələrində ev tikintisi demək olar ki, dayanıb: “Vətəndaş gedir icra hakimiyyətlərinə, bələdiyyələrə və ev tikmək üçün torpaq istəyir. Deyirlər ki, torpaq yoxdur. Vətəndaş gedib ayrı-ayrı şəxslərin əmlak bazarında çox baha qiymətə satdığı topraqları ala bilmir”.
Deputat ardınca sual edib:

“Biz dövlət olaraq vətəndaşa nə təklif edirik? Deyirik ki, torpaq sahələri yoxdur. O, məcbur olub mülkiyyətində olan torpaq sahəsində tikinti aparır. Onu da uçururlar başına. Bu, düzgündürmü? Əlbəttə, yox. Kəndlər, qəsəbələr salınıb, minlərlə ev tikilib, ortada evlərin əhatəsində 4-5 sot torpaq qalıb. Orada ev tikmək istəyən sakinin üzərinə elə hücum çəkirlər ki, elə bil erməni kəşfiyyatçısını həbs edirlər. Deyirlər ki, kənd təsərrüfatı üçün nəzərdə tutulub. Elə bil o 4 sotda Azərbaycanın taxıl ehtiyacını ödəmək üçün buğda səpiləcək. Bu qədər məntiqsizlik olmaz”.
Razi Nurullayev bildirib ki, vətəndaş qanunvericilik səviyyəsində o torpağın təyinatını dəyişmək imkanına malik olmalıdır: “Bu isə demək olar ki, mümkünsüzdür. Ona görə də bu cür torpaqlarla bağlı qərar qəbul olunmalıdır ki, insanlar kənd təsərrüfatı əhəmiyyətini itirmiş torpaqlarda ev tikə bilsinlər. Bununla bərabər, bütün şəhər və rayonlarda ev tikintisi üçün xüsusi yerlər ayrılmalı və infrastruktur yaradılmalıdır. Torpaq ehtiyatları yoxdursa, o zaman bütün şəhər və rayonlarda kütləvi sosial evlərin tikintisi sürətləndirilməlidir”(Musavat.com).
Mia.az xəbər verir ki, deputatın çıxşşında adımı çəkdiyi Abşeroin ərazisində bütün tikinti işlərinə qeyri-rəsmi nəzarəti Nurlan Həsənov həyata keçirir. O, Abdin Fərzəliyevlə yaxın dost olmaqla yanaşı, ta Nizami rayonundan birgə işləyiblər. Nurlan Həsənov indiyə qədər Abdin Fərzəliyevin işlədiyi rayon İcra Hakimiyyətlərində ictimai-siyasi şöbədə məsləhətçi vəzifələrində işləsə də, əslində, pulun dövr elədiyi tikintiyə qeyri-rəsmi nəzaərt edib.
Onun kimlyi ilə bağlı ətaflı məlumatımız olacaq!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi