Artur Rəsizadə nazirliklərlə bağlı dəyişikliyə imza atdı - SƏNƏD

img

22-06-2014 [17:05]


Baş nazir Artur Rəsizadə yeni dəyişlik qərarı imzalayıb.


Məluamata görə, baş nazir fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin Fövqəladə Komissiyasının tərkibinə daxil edilib. 


Dəyişikliyin edildiyi növbəti qərar isə "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi rabitə xidməti işçilərinin rəsmi xüsusi geyim forması və poqon gəzdirmələrinə icazə verilməsi haqqında” qərarıdır. 


Dəyişikliyə əsasən, Nazirliyin tabeliyində olan xüsusi rabitə xidməti işçilərinin və rabitə obyektlərinin mühafizəsi funksiyalarını yerinə yetirən qurumunun işçilərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etmək tapşırılıb(apa).


Yeri gəlmişkən, Mia.az xəbər onu da verir ki, son qərar DİN, MTN, Baş Prokurorluq, Sərhəd Xidməti və digər güc qurumlarında çalışanlara da aid edilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA