Usubov polis rəisi təyin etdi, deputatın qardaşı işə başladı

img

22-06-2014 [17:00]


Bir neçə gün öncə Daxili İşlər naziri Ramil Usubovun Abşeron Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyinat apardığı barədə yayılan xəbəri bu gün Aznevs.az saytı bir daha təsdiqləyib.

 

Bildirilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli Abşeron Rayon Polis Şöbəsinə rəis göndərilib və o, dünən kollektivə təqdim edilib.

 

Mia.az xəbər verir ki, Abperon rayonunun polis rəisi Namiq İsmayılov isə bir neçə gün əvvəl Binəqədi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

 

Onu da qeyd edək ki, Şəhriyar Şəmşirli "Azəryolservis” ASC-nin sədri, deputat Cavid Qurbanovun qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA