Dərsliklərdə Fransa niyə təbliğ olunur? - "Şərq qapısı" yazır
04-03-2024 [11:27]
Bilmirəm, bu həssas dövrdə nə deyəcəksiniz? Amma bu yazıdakı fikirlərimi məhz belə bir başlıq altında, həm də hamımız üçün əziz olan Ana Dili Günü ərəfəsində siz dəyərli oxucularıma bölüşməzdən əvvəl onu deyim ki, belə getsə bu hələ sonu da olmayacaq.
Yəqin ki, cəmiyyətimizdə hamını düşündürən, milli kökümüzə uyğun insan tərbiyəsi kimi ciddi məsələnin həmişə olduğu kimi bu gün də aktuallığına və yaranan problemlərə toxunmaq istədiyimi düşünərsiniz.
Dövlət başçımızın da çıxışlarında önəmini həmişə vurğuladığı və ideoloji təhlükə adlandırdığı bu problemlər, doğrudan da, bu gün sərhədlərimizin qorunması qədər vacibdir. Odur ki, gələcəyimiz olan uşaqların düzgün tərbiyəsi üçün ailə və məktəbin daşıdığı məsuliyyətin ciddiliyini gəlin unutmayaq.
Keçək mətləbə, çünki bilirəm ki, hamının işi-gücü var, onsuz da son günlər yayılmış məlum videolarla bağlı camaat bu yazıq telefonlara qarşı yaman əsəbidir. Deyəcəksiz ki, bu başağrıdan Fransa da haradan çıxdı? Yox, bir Makron! Amma Vallah, gəlin səbir edək. Düşünün ki, video çəkmək yerinə dərsini yaxşı oxuyub, müəllimdən beş almaq üçün çalışan bizim bu uşaqlar nə etsinlər bəs?!
Məktəblilərimizə ana dilimizin gözəlliklərini öyrətmək üçün o qədər milli hekayə və şeir parçalarımız var axı! Fransanın yerinə bunları öyrədəriksə bizim balacaların təmiz yaddaşında ömürboyu yaşayar, onlar da gələcəkdə ailə başçısı, müəllim və ya kitab müəllifi olduqda eyni saflığı qorumağa çalışarlar.
İnanıram ki, bu elə hamımızın arzusudur. Amma inanmıram ki, bu qədər əzab və əziyyətlərdən sonra Zəfər qazanmış ölkənin vətəndaşı kimi xürrəm yaşadığımız, uca şəhidlərimizlə, qəhrəman Ordumuzla fəxr etdiyimiz bir dövrdə ana dilimizin incəliklərini öyrənən məktəblilərimiz dərs kitablarımızın birində təsvir olunduğu kimi haradasa XIX əsrdə yaşamış bir fransız uşağın keçdiyi sonuncu dərsin motivinə bağlansınlar. Belə ki, dərsə gecikən balaca Fransın meriyanın qarşısından qaçarkən son dövrlər məğlubiyyət xəbərləri asılan elan lövhəsinin qarşısında toplaşan camaatı təlaşla izləməsi, adi günlərdə səs-küylü məktəbdəki həmin günün sükutu və sinifdə oturmuş yaşlı kəndlilər bu sonuncu dərsin giriş səhifəsində təqdim olunur.
Berlindən gəlmiş əmrlə (elə, əslində, indi də elədir) fransız dilinin yerinə alman dilinin keçiləcəyini bilən kəndlilərin qoca Amel müəllimlə vidalaşmaq üçün məktəbə toplaşması, onun da fransız dilini yaxşı öyrənə bilməmiş şagirdləri məzəmmət edərək bu dilin dünyanın ən gözəl, ən məlahətli dil olmasını, onu qoruyub saxlamağın lazım olduğunu bu dərsdə bizim məktəblilərə hekayə janrında yaxşıca öyrədirlər. ...Kilsənin zəngi ilə dərs sona çatanda müəllimin lövhəyə “YAŞASIN FRANSA!” yazaraq dərsi bitirməsi də XIX əsrin ikinci yarısında yaşamış fransız Alfons Dodenin öz cəmiyyətinin reallıqlarını qələmə aldığı bu hekayənin sonu kimi 2024-cü ildə VI sinifdə oxuyan uşaqlarımızın beyninə hopdurulur.
Əziz oxucular, bilmirəm, Azərbaycan cəmiyyəti üçün, Azərbaycan dilini öyrənən balacalarımız üçün qısa təsvir etdiyim bu hekayə nə “qazandırır”, amma fakt odur ki, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2017-004 qrif nömrəli, Rafiq İsmayılov, Dilruba Cəfərova və Sahibə Məmmədovanın müəllifliyi, Aynur Rüstəmova və Arzu Quliyevanın redaktorluğu ilə çapdan çıxmış və ümumtəhsil məktəblərinin VI sinfi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə dərsliyin 82-84-cü səhifələrində bu yazı parçası yer almaqdadır.
Hekayə ilə yaxından tanış olsanız onun övladlarımızın Vətənə bağlılıq, dünyəvilik, yaxud tolerantlıqla bağlı tərbiyəsinə uzaqdan-yaxından əlaqəsi olmadığını, söz ehtiyatı yaradılması baxımından da 11-12 yaşlı uşaqlar üçün yersiz kəlmələrlə dolu olduğunu görərsiniz. Ən dəhşətlisi isə dərsliyin yeni 2021-ci il, yəni Böyük Qələbəmizdən bir il sonrakı yeni nəşrində də bu hekayənin müəlliflər və onları qoruyan onlar tərəfindən qorunub saxlanılması, əvəzində isə Cəfər Cabbarlının 1919-cu ildə yazdığı “Ölkəm” şeirinin çıxarılmasıdır.
Cəfər Cabbarlı isə bu şeirdə deyirdi:
“Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.
Tam bir TÜRKÇÜLÜK dərsi! YAŞASIN AZƏRBAYCAN!
Əli Cabbarov
Mənbə:
https://serqqapisi.gov.az/xeberler/tam-bir-turkculuk-dersi-yasasin-azerbaycan
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi