Yol polisi qanunu belə pozdu - VİDEO

img

22-06-2014 [13:08]


Bakl şəhərində sürücü "10-NA-281” dövlət nömrəli nişanın nömrəsini xüsusi yapşdırıcı lentlə "10-NA-201” nömrəsinə çevirib. Bəs çevirən kimdir? Təəccüblənəcəksiz! Bu, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, çavuş Abbas Abbasovdur.

ANS PRESS-in məlumatına görə, Bakı Yol Polisinin keçirdiyi reyd nəticəsində avtomobil cərimə meydançasına aparılıb. Bakı Şəhər yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov, kimliyindən asılı olmayaraq törətdiyi xətalara görə hər kəsin qanun qarşısında cavab verməli olacağını bildirib. 

Nömrəsi dəyişdirildiyi üçün cərimə meydançasına gətirilən avtomobilin yan şüşələri də görməni məhdudlaşdırılan sənaye üsulu ilə hazırlanmayan jalyüz, eləcə də istifadəsinə qadağa qoyulan səs siqnalı da quraşdırıb. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA