22-06-2014 [12:35]
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində cərəyan edən hadisələr haqda yeni iddialarla çıxış edib.
Mia.az onun Facebook-dakı yazısını olduğu kimi təqdim edir:
«Dəyərli dostlar! Bu gün bazar günüdür və 3 gündən sonra ölkəmiz öz Silahlı Qüvvələrinin 96-cı ildönümünü qeyd etməyə hazırlaşır. İstəməzdim ki, bayram öncəsi Müdafiə Nazirliyinin rəhbərliyinin bayram ovqatına soğan doğrayam, amma məcburam. Nəzərə alsaq ki, bəzi bədhaqlar mayın 8-də müdafiə naziri Zakir Həsənovun mənim guya «Azərbaycan Ordusu» qəzetinə baş redaktor vəzifəsinə təyin edilməyimlə bağlı səsləndirdiyi fikri əsas götürərək, mənim loyal mövqe tutacağımı və mövqeyimi dəyişəcəyimi öz aralarında paylaşır, müzakirə edir və hətta hansısa planlar cızırlar, yazacaqlarım bir çox mətləblərə aydınlıq gətirəcək. İnanmaq istərdim ki, mənim dəyərli dostlarım yazacaqlarımı səmimi qəbul edəcək və demək istədiklərimi də hərtətəfli anlayacaq.
Baxın, bir müstəqil ölkənin SQ-də bu qədər irili-xırdalı hadisələr baş verir. Əsgər ölümləri, rüşvət və korrupsiya halları, qohumbazlıq və yerlibazlıq. Bir generalın, polkovnikin və ya digər rütbə daşıyan şəxsin hansısa digər generalı, ondan aşağı rütbəli şəxsi bir rəis, komandir kimi həzm edə bilməməsi. Əgər mən burda olan məsələləri, real vəziyyəti sadalamağa başlasam, böyük bir dastan alınacaq. Amma, etika və bəzi məqamlara görə, çalışacağam ki, bir qədər yumşaq formada öz düşüncələrimi sizlərlə paylaşam. Rəsmilər həmişəki kimi susur, müstəqil şəxslər isə onlara kömək məqsədiylə baş vermiş hadisələr haqqında öz düşüncələrini söyləyir və onlar, içi mən qarışıq, düşünürük ki, bizim ordu başbilənlərimiz heç olmasa göstərilən nöqsan və çatışmazlıqlardan lazım olan nəticəni çıxaracaqlar, işlərində dönüş yaradacaqlar, öz heç də müsbət olmayan imiclərini bərpa etmək üçün əllərində olan imkanlardan yararlanacaqlar. Çox təəssüflər olsun ki, bu gün MN sistemində vəziyyət digər güc strukturlarına nisbətən son dərəcə gərgin və o qədər də xoşagələn səviyyədə deyil. Mən başa düşürəm ki, MN həm say tərkibinə görə digər strukturlardan dəfələrlə çoxdur və burada baş verən hadisələr də cəmiyyət tərəfindən daha tez qeydə alınır və çoxlu müzakirələrə səbəb olur.
Ədalət naminə deməliyəm ki, ötən ilin oktyabrında müdafiə naziri postuna təyin edildikdən sonra Zakir Həsənov tərəfindən xeyli addımlar atılıb və bu işlərin içərisində yaxşıları da var, əndrabadi, bərbad olanı da. Bu gün orduda bir qədər zabit və gizirlər arasında sabiq müdafiə naziri Səfər Əbiyev dönəmində olan o gərginlik, əsəbilik arxa plana keçib. Sadə dillə desək, bir qədər «demokratikləşməfason» ab-hava var. Faktiki, əvvəlki illərdə müşahidə olunan nizam-intizam və məsuliyyət hissi bir qədər axsamağa başlayıb. Bunun dəqiq səbəbləri hələ tam bəlli olmasa da, fakt onu deməyə əsas verir ki, kimin ürəyi nə istəyir, onu da müəyyən şərtlər çərçivəsində həyata keçirə bilir. MN sistemində bir qədər «bazar iqtisadiyyatı»prinsiplərinin həyata keçirilməsi halları artıb. Bunun 10-20 faizi nazirin etibar etdiyi şəxslər tərəfindən həyata keçirilirsə, yerdə qalanları tamam kənar şəxslər tərəfindən çox böyük acgözlüklə həyata keçirilir. Konkret olaraq, əgər Zakir Həsənov ilk aylarda MN-də təzə adam olduğuna görə Baş Qərargah rəisi Nəcməddin Sadıkov və onun yaxın çevrəsi tərəfindən bir çox kadrların təyinatını ona mexaniki olaraq həyata keçirtməyə müvəffəq olunurdusa, artıq bu «uğurlu kadr təyinatlarına» qırmızı işıq yandırılıb. Hərçənd ki, xeyli sayda zabit və gizirdən müəyyən miqdarda dövlətə (oxu, konkret şəxslərin — polkovnik Elxan Məcidovun və onun birbaşa rəisinin xəzinəsinə) «vergi ödənişləri» sayəsində müxtəlif vəzifələrə təyinatlar həyata keçirilib. MN-nin mərkəzi aparatına, həmçinin xarici ölkələrdə olan diplomatik missiyamızdakı hərbi attaşeliklərə və digər «görümlü və baxımlı» sahələrə. Bu proses bir az səngiyib. Sözsüz ki, əgər «vergi ödənişlərinin» davamı gəlmirsə, deməli kimlərsə narazı qalır və dövriyyəyə nazirin yarıtmaz fəaliyyəti ilə bağlı məlumatlar buraxılır. Necə ki, bir müddət bundan öncə müdafiə naziri Zakir Həsənovun «istefa ərizəsi» məsələsi dövriyyəyə buraxıldı. Çox mətləblərə toxunmaq istəyirəm, amma dətəyərli dostlarımı da yormaq istəmirəm. Tezis şəkilində onları yazacağam ki, sonradan bu haqda fikirlərimizi bölüşək.
1. Bu gün müdafiə naziri kimi Zakir Həsənova işləməyə çox şəxslər və amillər maneçilik törədir. MN sistemində ona mane olan xeyli sayda general və digər rütbələrdə olan şəxsləri o vəzifədən uzaqlaşdırmaq imkanında deyil. Onların hər biri, dövlət və hökumət strukturlarında yüksək mənsəb və söz sahibi olan çevrələrdə bu işə əngəl olurlar. Ümumi sözlərlə danışmayacağam, faktlara keçəcəyəm. Əgər bu gün hər şeyi Zakir Həsənov özü həll etmək iqtidarında olsaydı, o, birinci növbədə Nəcməddin Sadıkovu və onun ətrafını MN sistemindən uzaqlaşdırardı. Amma, bir çox işlərin «mahir ustası» kimi, BQR N.Sadıkov özünə ən ali kürsüdə olan şəxslərlə qohumluq əlaqəsi yaradıb deyə, hələ də MN-də at oynadır. Amma, mənə elə gəlir ki, dövlət rəhbərliyi də onun nazı ilə çox oynamaq fikrində deyil. Hər şeyin bir sonu olduğu kimi, 20 il müddətində Azərbaycan xalqına hörmət edib, onun doğma dilini öyrənmək istəməyən birisi ilə yollar mütləq ayrılmalıdır və inşallah bu proses tezlikə baş verəcək.
2. Müdafiə naziri postunda öz uğurlu fəaliyyətini davam etdirmək üçün Zakir Həsənova Prezident Adminstrasiyasından, Hazirlər Kabinetindən və yaxın ətrafından çox güclü dəstək, köməklik olmalıdır. Sözdə deyil, real işlərdə. Çox təəssüflər olsun ki, bu dəstək bu gün yetərincə hiss olunmur. Bəli, indi bir «növbətçi adam» tapılacaq ki, məni yalan danışmaqda ittiham etsin ki, yox əşşi elə şey yoxdur. Hər şey qaydasındadır. Axı, bu belə deyil, cənab yoldaşlar.Bilirəm deyəcəksiniz ki, güclü dəstək də var, nə lazımdır o işlər də görülür. Necə deyərlər, istəməyənin gözü çıxısn. Amma, çox xahiş edirəm, nə demək istədiyimi əvvəl anlayın, sonra məni ittiham edin.
3. Bəzi şəxslər tərəfindən MN ilə bağlı reallaşmayan planlardan dolayısı sabotaj xarakterli hərəkətlər, gözdənsalma kampaniyası həyata keçirilir. O şəxslər nədənsə unudurlar ki, bu ordu konkret şəxslərə deyil, Azərbaycan xalqına məxsusdur. Onun yaxşısı da, pisi də bizimdir.
4. Müdafiə naziri kimi Zakir Həsənov son dərəcə qətiyyətli və prinsipial olmalıdır. Onun komandası işlək və çevik olmalıdır. Peşəkar, öz işini dərindən bilən və savadlı kadrların sayı MN sistemində daha da artırılmalıdır. Onlarla işləmək, xidmət keçmək, həm SQ nüfuzunun artmasına, həm də qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox böyük stimul olar.
5.Bu gün xeyli sayda təsadüfi şəxslər MN kimi mühüm qurumda postlarda oturub, vaxt keçirməklə məşğuldurlar. Onların Azərbaycan dövlətinə xeyir vermə əmsalı demək olar ki, sıfıra yaxın bir səviyyədədir.Onların MN sistemində qalması həm özləri üçün, həm də xalqımız üçün arzu olunan deyil.
6. Yazdıqlarımın, səsləndirdiklərimin son dərəcə saf niyyətlə SQ-miz üçün, onun daha da güclü, müasir, inkişaf etmiş olması amacı ilə ərsəyə gəldiyini dqüşünmək istərdim.
Yaxın günlərdə, bu haqda bir qədər də geniş təhlillərimi diqqətinizə çatdırmaq niyyətindəyəm.
P.S. Bu gün diqqətinizə çatdırdıqlarım təkcə öz fikirlərim deyil, cəmiyyətdə səslənən xeyli arzu və istəklərin cəm formasında təqdimatıdır. Ağıllı rəhbər(lər) kənardan da on(lar)un haqqında nə düşündüyinü də nəzərə alanda, ortaya çox gözəl nəticə çıxır.
Silahlı Qüvvələr günü münasibətiylə bütün şəxsi heyyəti ürəkdən təbrik edirəm. Hər birinizə layiqli, firavan xidmət keçməyi, ürəyinizdə olan ən böyük arzulara çatmağı arzulayıram. Tezliklə doğma Qarabağımızı işğaldan azad və xoşbaxt görmək ümidi ilə bütün vicdanlı zabit və əsgərlərimizi bağrıma basıram».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi