Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi - FOTOLAR
03-03-2024 [00:02]
Yarışmaya Azərbaycan və Türkiyədən 1500-dən çox iştirakçı qatılıb
Azercell-in baş sponsorluğu ilə Bakıda keçirilən “Robotex Türkiyə”- robot texnologiyaları sahəsində təşkil edilən silsilə festivalın regional yarışlarına start verilib.
Mia.az xəbər verir ki, açılış mərasimi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının, Azercell prezidentinin müşaviri Okan Cimenin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın, “Robotex Türkiyə”nin prezidenti Orhan Çevikin və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutub.
Açılış mərasimində çıxış edən Okan Cimen deyib: “Azercell daima istedadlı gəclərin fərdi və peşəkar inkişafına dəstək olur, İKT sahəsində növbəti nəsil mütəxəssislərin yetişdirilməsinə xüsusilə önəm verir. İnanırıq ki, bu il Azərbaycanda baş tutan müsabiqə innovasiya, robot mühəndisliyi, süni intellekt kimi sahələrə marağı olan gənc istedadları üzə çıxaracaq, onların inkişafına töhfə verəcək. Tərəqqi və innovasiyaları təşviq edən bu yarışmanın tərəfdaşı olmaqdan qürur duyur, iştirakçıların yaradıcı ideyalarının şahidi olmağı səbirsizliklə gözləyirik”.
Ətrafında Azərbaycan və Türkiyədən 1500-dən çox gənc robototexnika mühəndisini toplayan “Robotex Türkiyə”nin regional yarışları 2 gün davam edəcək. İştirakçılar komandalar şəklində robot kodlaşdırma və robot hazırlama layihələri üzərində işləyəcəklər. Azərbaycanda keçirilən yarışma nəticəsində ümumilikdə 109 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışma çərçivəsində iştirakçılar öz robotlarını yaratmaqla yanaşı, həm də startaplarını təqdim edə biləcəklər. Müsabiqədə iştirak edənlərin yaş qrupu fərqlidir: yarışmaya şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən iştirakçılar da qatılıb.
Qeyd edək ki, yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Antalyada baş tutacaq.
Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın Tallin şəhərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazanacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi