NAXÇIVANDA TƏYİNATLAR “WhatsApp”da HƏLL OLUNUR: yüksək vəzifədən çıxarılan məmur kadr siyasəti haqda elə faktlar açıqladı ki... (FOTO)
01-03-2024 [11:19]
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Səfər Əhmədov tutduğu vəzifədən qanunsuz şəkildə azad olunduğunu iddia edir. Sabiq müavin bununla bağlı TNS-ə müraciət edib.
Mia.az adıçəkilən sayta istinadla həmin məktubu təqdim edirik:
“Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Mirsənani Seyidov 1 avqust 2023-cü il tarixdə, saat 12:30-da məni qəbuluna çağıraraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təcili və qəti göstərişinə əsasən, başqa vəzifəyə təyin olunacağımla bağlı sərəncama götürüldüyümü (ərizəm alınmadan), tutduğum vəzifəyə Əhməd Zöhrab oğlu Vəliyevin (həmin gün saat 15:00-da akt zalında Ə.Vəliyev səlahiyyətli mümayəndənin müavini Samir Seyidəhmədli tərəfindən kollektivə təqdim olunmuşdur) təyin olunduğunu bildirdi.
Mən bu məsələyə qəti şəkildə etiraz edərək bildirdim ki, 22 illik stajı olan dövlət qulluqçusunu xəbərdar etmədən, səbəb olmadan necə bir dəqiqə ərzində işdən azad edə bilərsiniz!? Bu, absurddur. Axı mənim heç bir nöqsanım yoxdur!?
Mirsənani Seyidov yaxın vaxtlarda mənim müvafiq bir işlə təmin olunacağıma dair səlahiyyətli nümayəndənin söz verdiyini bildirərək, iş otağımdakı şəxsi əşyalarımı götürməyimi tapşırdı. Həmin vaxt Mirsənani Seyidov mobil telefonunu çıxararaq, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədlinin “WhatsApp” vasitəsilə göndərdiyi Əhməd Vəliyevin şəxsiyyət vəsiqəsinin surətini mənə göstərərək, Fuad Nəcəflinin tapşırığı əsasında Əhməd Vəliyevin artıq sərəncamının hazırlandığını və saat 15:00-da onun kollektivə təqdim olunacağını bildirdi. Mirsənani Seyidov Ə. Vəliyevi şəxsən tanımadığını, onun Bakı şəhərindən gətirildiyini, sərəncamının “WhatsApp”dan göndərilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən verildiyini dedi. Mən şəxsi əşyalarımı götürərək İcra Hakimiyyətinin inzibati binasını birdəfəlik tərk etdim.
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli müvafiq sərəncamı ilə Mirsənani Seyidov tutduğu vəzifədən azad edilib. Mirsənani Seyidova dəfələrlə etdiyim müraciətlərim cavabsız qalıb, mənə yalan vədlər verilib.
Son 7 ay ərzində səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə, onun müavini Samir Seyidəhmədliyə məni işlə təmin etmələri barədə 50-yə yaxın elektron müraciətlərim cavabsız qalıb.
Xüsusilə vurğulamaq istəyirəm ki, son illər müxtəlif dövlət orqanları tərəfindən aparılan audit yoxlamaları zamanı fəaliyyətimdə heç bir nöqsan aşkarlanmayıb.
Bildirirəm ki, həyatım boyu Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına şərəflə xidmət etmişəm və bu gün də edirəm. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son 20 ildə Azərbaycana rəhbərliyi dövründə tutuduğum vəzifələrə layiq olmağa çalışmış, vətənimizə və dövlətimizə sədaqətlə xidmət etmişəm.
Dövlətimizin verdiyi əməkhaqqı məni hər zaman qane edib. Daim zəhmətimlə yaşamışam. Şəxsi avtomobilim belə yoxdur.
Dörd balaca övladım var. Üçü məktəblidir (ikisi repetitor yanına gedir və 500-600 intervalında bal toplayırlar), biri isə dörd yaşındadır. Uşaqlar artıq hazırlıq kurslarından məhrum olub, çünki ödəniş etmək imkanım yoxdur. Hər ay “Kapital Bank”a 760 manat ipoteka krediti, “Naxçıvan Bank”a isə 380 manat istehlak krediti öhdəliklərim var. Yeganə gəlirim müharibə iştirakçılarına verilən 80 manat Prezident təqaüdüdür.
Hesab edirəm ki, dövlətimizə sədaqətlə xidmət edən bir dövlət qulluqçusunu bilərəkdən bu vəziyyətə salmaq, heç bir səbəb olmadan onun 22 dövlət qulluğu stajının (gələcəkdə mənim pensiya təminatına da mənfi təsir göstərir) üzərindən bir qara xətt çəkmək heç kimə xeyir gətirməz. Hansısa bir dövlət məmurunun vəzifəsindən sui-istifadə edərək belə bir qərar qəbul etməsi vətəndaşların dövlətimizə olan inamını sarsıdır.
Bütün bu baş verənlərə dözə bilmirəm. Mən artıq kiminsə səhvi və səhlənkarlığı üzündən intihara sürüklənirəm. Yeddi ay səbəbsiz yerə maddi durumum ağır vəziyyətdə gözlədim. Daha səbrim tükənib, çünki ailəm həddindən artıq acınacaqlı durumdadır.
Sizin vasitənizlə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edir, hüquqlarımın bərpası, işlə təmin olunmağım, ailəmizin düşdüyü ağır vəziyyətdən çıxarılması üçün köməklik göstərmələrini xahiş edirəm”.
Qeyd edək ki, Səfər Əhmədov hüquqlarının bərpası məqsədilə ölkəmizin hüquq-mühafizə orqanlarına və məhkəməyə də müraciət edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi