Icra başçısından sakinlərə təhdid - dövlət başçısına müraciət edildi - Fotolar

img

21-06-2014 [15:50]


Ağcabədi rayonunda baş verən korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə məqsədilə müxtəlif dövlət orqanlarına müraciət edən rayon sakinlərinin həyatına təhlükə yaranıb.

Bu səbəbdən də müraciət müəllifləri Bulud Quliyev, Nizami Nərimanov və Şükür Hacıyev təhlükəsizliklə-rinin təmin olunması üçün dövlət başçısı İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmək məcburiyyətində qalıblar.

Şikayətçilər mia.az saytına bildiriblər ki, Ağcabədi rayonunda korrupsiya və rüşvətxorluq hallarına, mə-mur özbaşınalığına qarşı etiraz etdikləri üçün yerli hakimiyyət orqanlarının təzyiqlərinə məruz qalır, böh-tan və şantajla üzləşmə təhlükələri də var.

Məlumatda bildirilir ki, şikayətçi Bulud Quliyev səhhətindəki problem səbəbindən bülletendə olmasına baxmayaraq, artıq işdən azad edilib.

Nizami Nərimanov isə pay torpağının bir neçə metrliyində şor kanalın qarşısına bənd çəkilməsi və qrunt sularının ona məxsus əraziyə axıdılmasını özünə qarşı təzyiqin bir hissəsi sayır. Bundan başqa, Nizami Nərimanov Ağcabədi rayon rəhbərliyi tərəfindən ona məxsus fermanın sökülməsi təhdidi ilə də üzləşib.

Məlumata görə, bu şəxslərdən tələb olunur ki, rayonda baş verən korrupsiya və rüşvətxorluq, eləcə də məmur özbaşınalıqları ilə bağlı şikayətlərini dayandırsınlar. Əks təqdirdə, Ağcabədi rayon icra hakimiy-yətinin başçısı Şahin Məmmədovun onlara qarşı başqa variantlara əl atacağı ilə hədələnirlər. Belə ki, yaxın günlərdə şikayətçilərə qarşı məhkəmədə iddia qaldırılacağı da bildirilir.

Son olaraq onu da xatırladaq ki, hər gün ölkə mediasında Ağcabədi rayon icra hakimiyyəti başçısına məxsus olduğu iddia edilən daşınmaz əmlakla bağlı yeni məlumatlar yayılır. Bir neçə gün əvvəl yayılan məlumatlarda icra başçısı Şahin Məmmədovun Almaniya və Türkiyədə mülklərinin olduğu qeyd edilirdi-sə, son günlər bu şəxsin Gürcüstanın Batumi şəhərində də mülkünün olduğu bildirilir.

İcra başçısının və Ağcabədi rayonunun digər vəzifəli şəxslərinin Daşkəsən rayonunun Xoşbulaq kəndin-dəki villaları haqqında da məlumat yayılıb. Xoşbulaq kəndində Şahin Məmmədovla yanaşı onun birinci müavini Rövşən Əhmədovun, icra başçısının müavini Əbülfət Tapdıqovun və rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevin də villalarının olduğu qeyd edilir. Bu məlumatların yayılmasına görə, rayondakı şikayətçilərdən də şübhələnir və ona görə də həmin şəxslərə qarşı təzyiqləri artırırlar.

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov isə bu məlumatlara aydınlıq gətirmək əvəzinə, şikayətçiləri susdurmağa çalışır.

Bu şəxslərə məxsus olduğu idiia edilən villaların şəkillərini də təqdim edirik.

İcra başçısının və ətrafının villaları

İcra başçısının və ətrafının villaları

İcra başçısının və ətrafının villaları

İcra başçısının və ətrafının villaları



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA