"İndi belə zəlzələ olsa, yeni binaların çoxu tab gətirməz" - Yeni binalarla bağlı şok faktlar

img

21-06-2014 [12:20]


Əhalinin mərkəzdən köçürülməsi fonunda Bakının ətrafında kütləvi tikinti işləri gedir. Bu, əmlak hüququnun pozulması ilə yanaşı, işin keyfiyyətinə də pis təsir edir. Səbəb budur ki, yüksək ranqlı məmurların himayəsindəki şirkətlər yoxlamalara məruz qalmır. Prokurorluq isə yalnız  iş icraçısı və icraçı direktorların oğurluğuna reaksiya verir.

Rielotor Bahadur Əliyev "Turan” agentliyinə bildirib ki, 80-ci illərdən hökumət tikinti işlərinin keyfiyyətinə fikir vermir. Çox az tikinti sahibi peşəkarlara müraciət edir, ona görə Avropa standartlarından danışmağa dəyməz. Bakı seysmik aktiv zonadadır, sürüşmə təhlükəsi çoxdur. Ona görə hətta Yasamalda 9 mərtəbədən artıq ev tikmək olmaz.
Bakı Şəhər İcra Hakimiyyəti 12 mərtəbədən yüksək evlər tikməmək barədə qərar verib. Amma yeni binaların çoxu 17-22 mərtəbədir. Səbəb torpağın bahalığı (sotu 50 min manatdan başlayır), icazə almağın çətinliyidir. Yəni mənfəət üçün qaydalar pozulur, icra orqanları bu cinayətə göz yumur.

Rielotor deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti evlərin fasadının rəng qamması barədə qərar qəbul edir. Buna baxmayaraq mərkəzdə bu qərar əsas götürülmür - mərkəzi ərazilərdə yalnız rəhbərliyin rəyi nəzərə alınır. SSRİ dövründə Arxitektura və Tikinti Şurasının qərarı olmadan bina tikmək olmazdı. Ona görə Bakıda binalar 2000-ci ildə 6,2 bal zəlzələyə davam gətirdi. İndi belə zəlzələ olsa, yeni binaların çoxu tab gətirməz.
Onun sözlərinə görə, hazırda Bakı Şəhər İcra Hakimiyyəti tikintiyə icazə verir, Fövqəladə Hallar Nazirliyinin qəbul komissiyası iş bitəndən sonra nöqsanlar aşkarlayır. Nəticədə binalar təmirsiz təhvil verilir, bu isə normativlərə ziddir. Proses mərkəzləşdirilmiş olmalı, obyektin kommunikasiyaları, yanğın və sanitar təhlükəsizliyi yoxlanmalıdır.

Azad İstehlakçlar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsində icbari əməyə görə cəza var, amma tikintilərdə qanunsuz miqrantlar işlədilsə də, heç kəs məsuliyyətə cəlb edilməyib. Həmçinin qanunun 162-ci (əmək mühafizəsi qaydalarının pozulması), 200-cü (istehlakçıları aldatma, keyfiyyətsiz mal satma), 222-ci (tikinti işlərinə təhlükəsizlik qaydalarının pozulması) maddələri pozulur.

Ekspertin fikrincə, Fövqəladə Hallar Nazirliyinin saytında təhvil verilən obyektlər və ya onların istismara verilməməsinin səbəbi barədə informasiya verilməlidir. Sayğacların quraşdırılmasına görə pul alınmamalıdır. Bundan başqa, yeni binaların sahibləri öz adamlarını komendant təyin edir, onlar sakinlərdən işləməyən liftlər, zibil, olmayan qaza görə pul yığır. Konstitusiyada istehlakçıların hüququnun qorunması nəzərdə tutulur, amma proteksionizm hökm sürür - yüksək rütbəli məmurların hamısı səhm nəzarət paketinə malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA