Hansı nazirin neçə müavini var və onlar harada doğulublar? - SİYAHI
26-02-2024 [09:23]
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini təyin edilib.
Bu təyinatdan sonra Azərbaycanda nazir müavinlərinin sayı 64-ə yüksəlib.
Məlumat üçün bildirək ki, Azərbaycanda 17 nazirlik fəaliyyət göstərir. Say baxımından ən çox nazir müavini Fövqəladə Hallar Nazirliyində, ən az nazir müavini isə Maliyyə və Energetika nazirliklərindədir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8, maliyyə naziri Samir Şərifov və Energetika naziri Pərviz Şahbazovun hər birinin 1 müavini var.
Nazir müavinlərinin arasında ən yaşlısı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevdir. Mahmud Məmməd-Quliyevin 75 yaşı var. Ən gənc nazir müavini isə elm və təhsil nazirinin 33 yaşlı müavini Həsən Həsənlidir.
Azərbaycanda mövcud olan 17 nazirlikdə fəaliyyət göstərən 64 nazir müavininin doğum tarixləri və doğulduqları yerlər belədir:
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 8 müavini var:
1. Birinci müavin, general-leytenant Rəfail Mirzəyev – 1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2. General-leytenant Faiq Tağı-zadə – 1951-ci ildə Bakı şəhərində anadan olub.
3. General-leytenant Etibar Mirzəyev – 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
4. General-leytenant Ragim Lətifov – 1963-cü ildə Qəbələ şəhərində anadan olub.
5. Orucəli Hacıyev – 1959-cu ildə Babək rayonunda anadan olub.
6. General-mayor Teymur Mehdiyev – 1975-ci ildə Gürcüstanın Suxumi şəhərində anadan olub (Ramiz Mehdiyevin oğlu)
7. Tapdıq Əmiraslanov – 1978-ci ildə Moskva şəhərində anadan olub(Deputat Əhliman Imiraslanovun oğlu).
8. General-mayor Adil Abdullayev – 1977-ci ildə Bakı şəhərində anadan olub.
Xarici işlər naziri Ceyhun Bayramovun 6 müavini var:
1. Araz Əzimov – 1962-ci ildə Bakı şəhərində anadan olub.
2. Mahmud Məmməd-Quliyev – 1949-cu ildə Gəncə şəhərində anadan olub.
3. Farzi Rzayev – 1977-ci ildə Bakı şəhərində anadan olub.
4. Elnur Məmmədov – 1981-ci ildə Bakı şəhərində anadan olub.
5. Yalçın Rəfiyev – 1987-ci ildə Şəmkir şəhərində anadan olub.
6. Samir Şərifov – 1977-ci ildə Bakı şəhərində anadan olub.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 5 müavini var:
1. Birinci müavin, general-mayor Seyfulla Əzimov – 1970-ci ildə Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olub.
2. General-leytenant Oqtay Kərimov – 1967-ci ildə Bakı şəhərində anadan olub.
3. General-leytenant İsmət Əliyev – 1959-cu ildə Ermənistanın Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub.
4. General-leytenant Şahin Məmmədov – 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olub.
5. General-leytenant Fazil Quliyev – 1957-ci ildə Bakı şəhərində anadan olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 5 müavini var:
1. Birinci müavin, general-polkovnik Kərim Vəliyev – 1961-cı ildə Bakı şəhərində anadan olub.
2. General-leytenant Hikmət Mirzəyev – 1968-ci ildə Biləsuvar rayonunda anadan olub
3. Aqil Qurbanov – 1986-cı ildə Bakı şəhərində anadan olub.
4. General-leytenant Ramiz Tahirov – 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub.
5. General-polkovnik Kərəm Mustafayev- 1962-ci ildə Şərur rayonunda anadan olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun 5 müavini var:
1. Birinci müavini, Elnur Əliyev – 1983-cü ildə Gəncə şəhərində anadan olub.
2. Sahib Ələkbərov – 1952-ci ildə Samux rayonunda anadan olub.
3. Sahib Məmmədov – 1978-ci ildə anadan olub.
4. Rövnəq Abdullayev – 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.
5. Səməd Bəşirli – 1976-cı ildə anadan olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 4 müavini var:
1. Hidayət Abdullayev – 1979-cu ildə Gəncə şəhərində anadan olub.
2. Anar Əliyev – 1980-ci ildə Bakı şəhərində anadan olub.
3. Vüsal Nəsirli – 1978-ci ildə İmişli şəhərində anadan olub.
4. Anar Kərimov – 1979-cu ildə Bakı şəhərində anadan olub.
Ədliyyə naziri vəzifəsini icra edən Azər Cəfərovun 4 müavini var:
1. Toğrul Musayev – 1954-cü ildə Bakı şəhərində anadan olub.
2. Vilayət Zahirov – 1958-ci ildə Şərur rayonunda anadan olub.
3. Eldar Nuriyev – 1955-ci ildə Lənkəran şəhərində anadan olub.
4. Mirsaleh Seyidov – 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 4 müavini var:
1. Rəhman Hümmətov – 1977-ci ildə Şəki rayonunda anadan olub.
2. Samir Məmmədov – 1974-cü ildə Bakı şəhərində anadan olub.
3. Cavid Qurbanov – 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.
4. Fərid Əhmədov – 1979-cu ildə Bakı şəhərində anadan olub.
Elm və təhsil naziri Emin Əmrullayevin 4 müavini var:
1. Firudin Qurbanov – 1952-ci ildə Ağsu rayonunda anadan olub.
2. Həsən Həsənli – 1991-ci ildə Naxçıvan şəhərində anadan olub.
3. İdris İsayev – 1970-ci ildə Bakı şəhərində anadan olub.
4. Kənan Kərimzadə – 1989-cu ildə Bərdə şəhərində anadan olub.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin 3 müavini var:
1. Rauf Hacıyev – 1958-ci ildə anadan olub.
2. Vüqar Kərimov – 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
3. Umayra Tağıyeva – 1968-ci ildə Bakı şəhərində anadan olub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 3 müavini var:
1. Elçin Zeynalov – 1970-ci ildə Bakı şəhərində anadan olub.
2. Sarvan Cəfərov – 1985-ci ildə anadan olub.
3. İlhamə Qədimova – 1975-ci ildə Bakı şəhərində anadan olub.
Gənclər və idman naziri Fərid Qayıbovun 3 müavini var:
1. Marina Vasileva – 1974-cü ildə Bolqarıstanın Tırqovişte şəhərində anadan olub.
2. İndira Hacıyeva – 1960-ci ildə Bakı şəhərində anadan olub.
3. Fərhad Hacıyev – 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.
Səhiyyə naziri Teymur Musayevin 3 müavini var:
1. İlqar Qasımov – 1965-ci ildə Bakı şəhərində anadan olub.
2. Rasim İsmayılov – 1973-cü il Bakı şəhərində anadan olub.
3. Nadir Zeynalov – 1976-cı ildə Bakı şəhərində anadan olub.
Mədəniyyət naziri Adil Kərimovun 3 müavini var:
1. Səadət Yusifova – 1974-cü ildə anadan olub.
2. Fərid Cəfərov – 1982-ci ildə Mingəçevir şəhərində anadan olub.
2. Murad Hüseynov – 1973-cü ildə Bakı şəhərində anadan olub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayevin 2 müavini var:
1. Mehman Baxışov – 1959-cu ildə Abşeron rayonunda anadan olub.
2. Hidayət Əzimov – 1985-ci ildə Bakı şəhərində anadan olub.
Maliyyə naziri Samir Şərifovun 1 müavini var:
1. Azər Bayramov – 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.
Energetika naziri Pərviz Şahbazovun 1 müavini var:
1. Samir Vəliyev – 1962-ci ildə Bakı şəhərində anadan olub(Yeniavaz.com)
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi