Fernando Santos: "Özgüvən əskikliyimiz var"

img

26-02-2024 [00:20]


"İstanbulspor"u 2:0 hesabı ilə qalibiyyətdən sonra "Beşiktaş"ın baş məşqçisi Fernando Santos mətbuat konfransında açıqlama verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, rəqibə fürsət vermədiklərini iddia edən Santosun sözlərinə görə, haqqlı qələbə qazanıblar: "Nəticə ədalətli ldu. Amma ilk hissənin müəyyən hissəsində rəqibə çox top verdik. Belə oyunu qəbul etmirəm. Biz topa daha çox sahib olmalı və oyuna nəzarət etməliyik".
 
İkinci hissəyə daha yaxşı başladıqlarını qeyd edən Santos təəssüflənib ki, məşqdəki əzmkarlığı oyuna tam yansıta bilmirlər: "Təəssüf ki, üzərində çalışdığımız hər şey meydanda əks olunmur. Bunun səbəbi özünə inamsızlıq ola bilər. Özgüvən əskikliyimiuz var. Bəzən çox tələsirik. Bu mənada çox çalışıb bunları düzəldəcəyik. "Beşiktaş" xarakterinə uyğun hücum oyunu oynamalıdır. Topa daha çox sahib olmalıyıq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR