Türkiyə liqası: "Sivasspor" öz meydanında rəqibini darmadağın eləyib

img

26-02-2024 [00:18]


Türkiyə superliqsında "EMS Yapı Sivasspor" 27-ci turda "Siltaş Yapı Pendikspor"la qarşılaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Sivas komandası oyundan darmadağınla qalib ayrılıb - 4:1.

Məlumata görə, "Sivasspor"un qollarını 26-cı dəqiqədə Kuinsi Meniq, 59-cu dəqiqədə Caner Osmanpaşa, 69-cu dəqiqədə Rey Manaj, 90+5-ci dəqiqədə isə Fode Koita vurub. "Pendikspor"un yeganƏ qoluna isə 16-cı dəqiqədə Gökcan Kaya imza atıb.

Sivas komandası bununla da məğlubiyyətsizlik seriyasını 5 matça çatdırıb. "Pendikspor" isə Super Liqada ardıcıl 3-cü dəfə məğlub olub.

Beləliklə, bu qələbə ilə "Sivasspor" 37 xalla 6-cı pilləyə yüksəlib. 19-cu pillədə qərarlaşan "Pendikspor"un isə 26 xalı var.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR