BAKIDA DAHA BİR TİKİNTİ QALMAQALI: "Əlimdə video və səsyazısı sübutlarım var, deyir ki..." - "Maşında Ramsinə əvvəlcə 200 min verdim, sonra isə..."
25-02-2024 [15:49]
Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, E Süleymanov 53, mənzil 70-də yaşayan Əmirov Rail Zülfüqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Mia.az həmin saytda şikayətçi tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciəti təqdim edir:
"Cənab Prezident!
Yazıb sizə bildirirəm ki, mən 2018-ci il, yanvar ayının əvvəllərində Hüseynov Elçinlə 8-ci km qəsəbəsində yerləşən Naxçıvanski kuçəsi 55-də Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi Ramsin Abdullayevlə görüşdük. Ramsinlə mənim həyat yoldaşım Əmirova Nuranə Elçin qızının adına olan 3,7 sot torpaq sahəsinin tikilib bizə verilməsi barədə danışdıq. O, bizdən 2-3 gün vaxt istədi.
Bundan sonra, 470 min manat pul qarşılığında 370 kv metr torpaq sahəsinin paket sənədlərlə obyekt şəklində tikilib-özəlləşdirilməsi ilə bağlı razılaşdıq.

Bir sözlə, 2018-ci ilin yanvar ayının əvvəllərində Hüseynov Elçinin, yəni qaynatamın və Məhərrəm adlı digər şəxsin yanında Naxçıvanski kuçəsi 55-də maşının içərisində Ramsin Abdullayevə 200 min manat verdik. Üstündən 10 gün keçəndən sonra, mən Məhərrəmin və Elçinin yanında həmin yerdə Ramsin Abdullayevə əlavə 268 min manat pul verdim.
Cənab Prezident!
Mən Ramsinə verdiyim 268 min manatın 80 min manatını əmimin dostu Vaqif Həmidovdan almışam və hal-hazırda həmən pulu tələb edir.
.jpg)
Təxminən 1-2 ay sonra biz Ramsin Abdullayevdən obyektin nə vaxt tikiləcəyini soruşduqda, o, bizdən səbrli olmağımızı xahiş etdi. Bu minvalla 2018-ci ilin yay aylarında Ramsin Abdullayev özü ilə bir neçə adam gətirərək, bizə hədə-qorxu gəlməyə başladı. Sonra isə ona 468 min manat verib aldığımız 3,7 sot torpağı hansısa bir "ağsaqqal"ın istədiyini bildirdi. Verdiyimiz pulun əvəzində bizə məxsus olan kafenin 2-ci mərtəbəsini tikib, bizə təhvil verəcəyini və bizə məxsus olan 10 kv.metr ət mağasını 100 kv.metrə qədər böyüdüb, sənədləşdirib, bizə verəcəyini bildirdi. Məcburən razılaşdıq.
Bir müddət sonra Ramsin həmin torpaq sahəsində obyekt tikib, yoldaşının adına sənədləşdirdi. Beləliklə, müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək, bizi hədələməyə başladı. Rövnəq Abdullayev, Bəylər Eyyubov və sair şəxslərlə bizləri təhdid edirdi. Məcbur qalıb, Nizami rayonunun sabiq başçısı Arif Qasımova müraciət etdik.

ARİF QASIMOV
Arif müəllim bizə bildirdi ki, göstəriş verəcəm, həm pulunuzu, həm də obyektinizi qaytarsınlar.
Bütün danışdıqlarım haqqında əlimdə video və səsyazısı sübutlarım var.
Cənab Prezident!
Müraciətlərimizə baxmayaraq Ramsin Abdullayev barəsində tədbir görülmür. Əksinə, o, bizi hədələyir və bildirir ki, 300 min xərcləyəcəm, amma sizə 1 manat da verməyəcəm.
Ramsin Abdullayev Baş prokuror və Korrupsiyaya Qarşi Mübarizə İdarəsində də onun sözünü deyəcək adamı tapıb. Bunu idarənin əməkdaşı Orxan İmanovun əməllərindən başa düşürük. Əlimizdə yeterincə sübutların olmasına baxmayaraq, işə baxmır. Bir sözlə, sakinləri soyan, aldadan, ölümlə təhdid edən insana qarşı heç bir tədbir görülmür. Belə çıxır ki, Ramsin Abdullayevin arxasında kim durubsa, ona dövlət qurumları bata bilmir.
Çox acınacaqlı bir vəziyyətə gəlib çatmışıq. Qanun bəzilərinin əlində oyuncaq olub. İki dəfə Baş prokuror Kamran Əliyevin qəbulunda olmuşuq. Ramsin Abdullayev bizə söz verdi, amma sözünü tutmadı.
Cənab Prezident!
Hüquqlarımız tapdalanır. Xahiş edirik, təhlükəsizliyimizin qorunması və bizə dəyən zərərin ödənilməsi üçün Ramsin Abdullayevin məsuliyyətə cəlb olunması haqqında tapşırıq verəsiniz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi