Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-02-2024 [00:02]
Qoç - gözləntilərinizin səviyyəsini aşağı salın, diqqətə layiq olan işi yerinə yetirin. Gün ərzində o qədər də xoş olmayan məlumatın alınması, informasiya əldə edilməsində problemlər, yaxın ətrafdakı insanlardan biri ilə münaqişə və ya ixtilaf riski var. Narazı, sinirli, aqressiv olmayın. Mövqelərinizə uyğun olmayan fikirlərə dözümlü yanaşın. Bilavasitə sizdən asılı işləri bitirin. Fəaliyyətinizin yönlərini artırın. Yeni perspektivlər vəd edən layihə ilə məşğul ola bilərsiniz.
Buğa - maddi məsələlərin həllində bir sıra problemlər yarana bilər. Hesaba pul yatırmaq, pul köçürmək, əmlakla bağlı danışıqlar aparmaq məsləhət deyil. Ümumi nevroz durum və qeyri-müəyyənlik kəskin reaksiyaya səbəb olaraq mübahisə etmək, mövqeləri qorumaq istəyi yarada bilər. Ehtiyatları artırmaq olar. Alış-verişdə çox pul xərcləməyin. Səhhətinizin qeydinə qalın.
Axşam saatlarında qəfil impulsun təsiri ilə planlarda müəyyən dəyişikliklər baş verə bilər. Ailədə münaqişə vəziyyəti yaratmayın. Vədlərə əməl edin.
Əkizlər - uğurlu və əlverişli gündür. Yeni planlar qurun. Yaxın vaxtlarda hansı əlaqələrə ehtiyac duyduğunuzu düşünün. Qərarları müstəqil qəbul etmək niyyət və cəhdlərinizə rəğmən tərəfdaşların yerini və rolunu qulaqardına vurmamağa çalışın. Ən mühüm məsələləri onlarla müzakirə edin. Diqqətli olun, yekun qərar verməyə tələsməyin. Şəxsi maraqlarınıza toxunan məsələni həll etmək məcburiyyətində qala bilərsiniz. Buna rəğmən, uğur qazanmaq, hətta yeni həmfikirlərin dəstəyinə nail olmaq şansınız var.
Günün ikinci yarısında daxili gərginlik, münaqişə situasiyaları güclənir. Tənhalıqda vaxt keçirmək üçün yaxşı vaxtdır.
Xərçəng - işləri qaydaya salmaq üçün yaranmış imkanlardan istifadə edin. Hesablar, sənədlər, məlumat bazaları, məktubları qaydaya salın. Peşəkar fəaliyyət müstəvisində yaranan məsəlləri aktiv şəkildə həll edin, təşkilati tədbirlər keçirin. Danışıqları öz ərazinizdə reallaşdırın.
Rifahınıza və ya mövqelərinizə təhdid yarada biləcək situasiyalarda səliqəli, diqqətli olun. Qıcıqlı və sinirli olmayın, münaqişələrə qatılmayın. Keçməyinizin gərəkli olmadığı həddi müəyyənləşdirin. Axşam saatlarında səhhətinizdə problemin yaranması, xroniki ağrının kəskinləşməsi istisna deyil.
Şir - gün ərzində sakit, təmkinli və soyuqqanlı olun. Planlara uyğun hərəkət edin. Səs-küy və laübə çox olsa da, məlumat mübadiləsini unutmayın. Çalışdığınız kollektivdə rəqabətlə qarşılaşacaqsınız. Gördüyünüz iş və ya həyata keçirməyə çalışdığınız layihələrdə xırdalıqlara fikir verin. Önəm verdiyiniz münasibətlərdə laqeyd davranmayın.
Mühüm məlumatı və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. Nəzərdə tutduğunuz dəyişikliklərdə dostlarınız önəmli rol oynaya bilərlər. Axşam saatlarına yaxın aktivliyi bir qədər azaldın. Yaxınlarınızla münaqişə vəziyyəti yaratmayın. Normal istirahət edin.
Qız - yaxın ətrafınızdakı insanlar sizi qıcıqlandıra bilər. Ənənəvi ritminizi pozmaq, planlarınıza müdaxilə cəhdlərinə imkan verməyin. Bu gün münaqişə və ixtilaflardan qaçmaq mümkün deyil. Bu səbəbdən də münasibətləri aydınlaşdırın, çoxdan həllini tələb edən problemi çözün. Sadəcə, həddi keçməyin, intuisiyanızı işə salın. Əldə etmək istədiyiniz nəticəni nəzərə alın, sərt və aqressiv davranmayın.
Orientirlərə yenidən baxa bilərsiniz. Bəyanatlar verməyə tələsməyin. Kimisə cəzalandırmaq, kimdənsə qisas almaq fikriniz yaranarsa, tələsməyin. Əks təqdirdə sizi çox pis nəticə, əks zərbə gözləyəcək.
Tərəzi - narahat, qarışıq, mürəkkəb gündür. Əsas işi yerinə yetirmək üçün aktivliyinizi əvvəlcədən plaqlaşdırın. Söz-söhbət, müzakirələr çox olacaq. Gerçəkdən də, önəmli məlumat ala bilərsiniz. Kənar təsirlərə, yaxın ətrafınızdakı insanların ifrat emosionallığına fikir verməyin. Köhnə əşyalardan qurtulun. Yeni ideya və planlar formalaşa bilər.
Şəxsi münasibətlərdə niyyət və məqsədlər üst-üstə düşərsə, vəziyyət yaxşı olacaq. Ünsiyyət, təmaslar önəmli ola bilər. Spontan aktivlik sizi sevindirəcək.
Əqrəb - çətin gündür. Qeyri-müəyyənlik, istəklərin təbəddülatı, niyyətlərin ziddiyyəti yarana bilər. Ani maraqları unudun, perspektivləri düşünün. Seçim çətinliyi sizə mühüm iş görməyə mane olmayacaq. Yeni istiqamətdə hərəkətə başlaya bilərsiniz.
Kəskin situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Perspektivlər dumanlı olsa belə, güzəştə meylli olun, durumu sürətlə təhlil etməyə çalışın. Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün vaxt var. Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Oxatan - praktiki məsələlərin həlli ilk yerə çıxmalıdır. Fəaliyyətinizi intensivləşdirmək və zənginləşdirməyin yollarını düşünün. Təkliflər, məlumat mübadiləsi, xidmətlər gələcəkdə yeni perspektivlər vəd edir.
Günün ikinci yarısında gərginlik artacaq. Mümkün münaqişələrə qatılmayın, amma məlumat axınını da məhdudlaşdırmayın.
Şəxsi münasibətlərdə hər nüansın önəmi var. Kiçik bir detal əhvalınızı dəyişə bilər. Axşam saatlarını evdə keçirin. Münaqişə üçün səbəb axtaran insanların yanında olmayın.
Oğlaq - problemləri sürətlə həll etməyə, bir işi yarımçıq qoyub başqasına başlamağa, daim yerdəyişmədə olmağa çalışmayın. Sizi emosiyaların çox olduğu mövzuya qatmaq istəyəcəklər. Yardım istəyənə kömək edin, məsləhətlərdən yayınmayın.
Emosional söhbətlərə qatılmayın, amma peşəkarlığınızı nümayiş etdirə biləcəyiniz toplantı və danışıqlarda iştirak edin. Günü hərəkətdə keçirin. Yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin. Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - günü hadisələrin episentrində keçirin. Bütün informasiya kanallarını açın, mümkün qədər çox ünsiyyətdə olun. Fantaziya və təxəyyülünüzü işə sala biləcəyiniz məşğuliyyət seçin. Hansı bilik və ya təcrübəyə ehtiyac duyduğunuzu müəyyənləşqdirin. Status, mövqe və imkanlarınızı gücləndirmək üçün əlaqələri genişləndirin. Günün ikinci yarısında hər şeyi emosional qəbul etməyin. Rəğbət bəslədiyiniz insanlarla olun. Yaşam arealında qayda yaradın.
Balıqlar - fiziki tonusunuz normadadır, xəbərlər axını sürəklidir. Amma asan gün deyil. İdeyalar və faydalı fikirlər yetərincə olsa da, işin təşkili, diqqətin konsentrasiyası ilə bağlı problemlər var. Həddən artıq işi yerinə yetirməyə çalışmayın.
İşlərdə və yaşam arealında qayda yaradın. Qüvvəniz, imkanlarınız, məsrəfləriniz və aldığınız dəstəyi dəyərləndirin. Yeni işlə tapşırığa yanaşma praqmatik, düşünülmüş olmalıdır.
Problemlərin həllini, zəngləri, yazışmanı təxirə salmayın. Boş söhbətlər, şayiə və münaqişələrdən uzaq durun. Səhhətinizə fikir verin.
Milli.Az
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"Fənərbağça"nın bosniyalı ulduzu: "Çempionluqla bağlı basqılara tab gətirə bilmirəm"
Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
Nigar Rüstəmli yeni vəzifəyə təyin olunub
Milli Məclsin daha bir deputatının mandatına xitam verilir
Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul su problemi təhlükəsindən xilas olub