Mühafizəçi məktəbdə ölüb - Siyəzəndə

img

23-02-2024 [11:55]


Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

Məlumatına görə, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR