Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-02-2024 [00:02]
Qoç - Ciddi səylər və zəhmət olmadan uğur əldə edəcəyinizi düşünməyin. Əvvəlcədən planlaşdırılmamış və götür-qoy edilməmiş anlaşmalar risklidir. Alış-verişdə çox pul xərcləməyin. Pulu sonrakı günlərdə daha məntiqli, yaxşı şəkildə xərcləyə bilərsiniz.
Yaxınlarınızla ixtilaflara yol verməmək üçün güzəştə gedin. Əvvəlki vaxtlarla müqayisədə güzəştə daha çox meylli olun. Yaxınlarınız sizdən sui-istifadə etməyə can atacaqlar. Ailə üzvləri ilə təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Buğa - Nöqsan, çatışmazlıq və zəifliklərinizə ifrat dərəcədə dözümlü olmayın. Problemlər tolerant münasibəti sevmir. Özünüzü reklam da edərək ifrata varmayın: gülünc vəziyyətə düşə bilərsiniz. Təmkinli olun. İşgüzar danışıq və müzakirələrdə soyuqqanlı davransanız, uğura nail olacaqsınız. Ultimativ və hədəli davranış yaxşı heç nə vəd etmir.
Qəfil maliyyə irəliləyişi ola bilər. Məsələn, köhnə borcun qaytarılması, yeni mənbədən pulun alınması realdır. Yeni iş tapmaq olar. Yeni işgüzar tərəfdaşlarla əməkdaşlıq məhsuldardır. Axşam saatlarını aktiv istirahətə həsr edin.
Əkizlər - Hədsiz dərəcədə dözümsüz olmayın, özünüzə yeni problemlər yaratmayın. Əlverişli anı gözləyin, səbirli olun. Emosiyalarınızı cilvolayın, uğur əldə etmək üçün ən əlverişsiz zamanda yeni işə və ya layihəyə başlamayın. Halbuki nailiyyət şansları az deyil. Sadəcə, azacıq hiyləgərlik edin. Fəndgir olun.
Neqativ emosiyalarınızı nümayiş etdirməsəniz, yaxınlarınızla münaqişələr yaranmayacaq. Kiçik anlaşılmazlıqları ürəyinizə salmayın. Tənqiddən inciməyin.
Xərçəng - Yetərincə çətin, qarışıq gündür. Peşəkar fəaliyyət müstəvisi ilə bağlı önəmli qərarlar qəbul etməyin, irimiqyaslı anlaşmalar bağlamayın. İşlərdə güvənməyə və etibar etməyə alışdığınız çoxdankı tərəfdaşlar bu gün sizi təəssüfləndirə bilərlər. İşdə rəhbərlik və həmkarlarla ixtilaflar adi günlərlə müqayisədə daha çoxdur. Mövqelərinizi qorumaq çətin olsa da, güzəştə getmək istəmirsiniz. Özünüzdən narazılıq artdığından daha qıcıqlı davranmayın.
Yaxınlarınızla münasibətlərin formalaşma məcrasına fikir verin. Səhih davranış xəttini və modelini seçsəniz, münaqişələr yaranmayacaq. Uzaq səfərə yollanmaq məsləhət deyil. Hətta sevdiyiniz insanla da yola çıxmayın.
Şir - Günün ilk yarısı çox uğurludur. İşlərdə təşəbbüskar olmaq, ideyaları müzakirəyə çıxarmaq, əməkdaşlığın perspektivlərini potensial tərəfdaşlarla müzakirə etmək üçün yaxşı zamandır. İnadkarlıq və qətiyyət qarşıya qoyulmuş məqsədə çatmağa imkan verəcək. Kimsə sizə mane olmağa çalışarsa, ona fikir verməyin.
Enerji potensialının səviyyəsi yüksək olduğundan, yorulmursunuz. Yaxın ətrafınızdakı insanların fəaliyyət tempi az sonra aşağı düşəcək. Sizin qədər çalışmayan insanı sərt tənqid etməyin. Hamıdan hiperaktiv fəaliyyət istəməyin.
Qız - Diqqəti ciddi və təcili həll tələb edən işlərə yönəldin. Əylənmək, şənlənmək istəsəniz də, rutin işlərlə məşğul olun, cari problemləri qulaqardına vurmayın. Mənasız xərclər, maliyyə itkiləri ola bilər. Bütün bunların səbəbi əyləncə və həzzə olan marağınızdır. Şəxsi münasibətlərdə yenilik axtarışları üçün əlverişli zaman deyil.
İdeyalarınız pis deyil. Lakin bu, yanınızdakı insanların təkliflərini dinləməmək üçün şərt deyil. Dialoqa hazır olduğunuzu göstərsəniz, yeni çox məqamı öyrənə bilərsiniz.
Tərəzi - Günün axarı davranış modelinizi və əməllərinizi müəyyənləşdirəcək. Aqressivliyin istənilən formada izharına yol verməyin. İstənilən situasiyada həssas və təmkinli olun. Mümkün qədər soyuqqanlı davranın. İşdə maraqlı hadisələr az deyil. Onların hamısını dəqiq dəyərləndirə bilmirsiniz. Nəticələrlə tələsməyin. Hər şeyi yaxşıca düşünün.
Yaxınlarınızla ünsiyyətdə səbirli olun. Onların əməl və qərarlarının motivlərini tam anlamırsınız, eşitdikləriniz də sərt və nahamvar kəlmələr təsiri bağışlayır. Yumor hissi münaqişənin qarşısını ala bilər.
Əqrəb - Günün ilk yarısında sakit, təmkinli, soyuqqanlı olun. Başladığınız işləri bitirin. Yeni layihə və ya işlə bağlı prosesi bir neçə saatlıq təxirə salın. Zaman keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Mühüm işlər və önəmli görüşləri günün ikinci yarısına saxlayın.
Yaxınlarınıza yardım edin, xeyriyyə tədbirinə qatılın. Ehtiyacı olana dəstək olun. Ruhdan düşənlərə ürək-dirək verin. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Yeniliklər, problemlərin qeyri-standart həlli zamanıdır.
Oxatan - Əla nəticələrə nail olmaq üçün müttəfiqlərlə tərəfdaşları dürüst seçin. Yalnız layiq olan insana bel bağlayın. Cəsarət və qətiyyət günün ortalarında yarana biləcək çətinliklərin öhdəsindən gəlməyinizə kömək edər. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə davranışda fayda var.
Anlaşma, sövdələşmə, razılaşma, alış-veriş üçün əlverişli zamandır. Mühüm maliyyə məsələlərini çözəndə diqqətli olun. Şəxsi münasibətlər sahəsində ciddi problemlər yaranmayacaq. Sizə əziz insanla dil tapın, onu anlamağa çalışın.
Oğlaq - Çox və məhsuldar işləyin. Bu minvalla nüfuzlu şəxsin dəstək və rəğbətini qazanmaqla yanaşı, rəqiblərinizi üstələyə bilərsiniz. Qüvvənizə, potensialınıza şübhə etməyin. Bədgümanlıq mənasız təlaş və narahatlıq vəd edir. Ümumi planın uğuruna şübhə edən müttəfiqlərə dəstək olun, onları ruhlandırın.
Ev işlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Onlar darıxdırıcı və yorucu təsir bağışlamır. Yaxınlarınız ideya və niyyətlərinizi dəstəkləyəcəklər. Axşam saatlarında qonaqlar gələ bilər.
Dolça - Mühüm məsələlərin həllini təxirə salmayın. Yaxın ətrafınızdakı insanlar tələsməməyi məsləhət görsələr də, onlara qulaq asmayın. Qətiyyət və əzm sayəsində istənilən maneəni dəf edə bilərsiniz. Başqalarının qarşısında naçar qaldıqları problemi həll etmək imkanları var. Nüfuzlu şəxslə görüş pis keçməyəcək. Sponsor və ya investor tapa bilərsiniz. Genişmiqyaslı biznes-layihələrin reallaşdırılmasına başlayın. Yaxınlarınızla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Köhnə dostlarla görüşlər pozitiv emosiyalar vəd edir. Yeni tanışlıqlardan biri romantik münasibətlərin təməli ola bilər.
Balıqlar - Sadə olmayan gündür. İşdə həmkarlarla münaqişələr və ixtilaflar prosesə mane ola bilər. Rəhbərliklə dil tapmaq müşkül məsələyə çevrilir. Mövqeyinizi qorumaq çox çətindir. Əlverişli şərtlərə razılaşın, güzəştə getməyi bacarın. Yeni iş yeri aramaq, məsləhətlər aparmaq üçün münasib gün deyil. Maliyyə itkiləri ola bilər. Anlaşma və sövdələşmələr gəlir vəd etmir.
Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olmaq çətin olsa da, münaqişəyə yol verməyin. Sonradan barışmağına asan olmadığını bilirsiniz. Axşam saatlarını sakit istirahətə həsr edin.
Milli.Az
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
İlham Əliyev Rusiya rəsmiərini qəbul edib - FOTO
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı