20-06-2014 [12:20]
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi
ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin
nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq
rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə
dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə
xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə
komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada
əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər
aparmış, onlara gətirdikləri sovqatları, hədiyyələri və məktəblilərin əsgərlərə
ünvanladıqları məktubları çatdırmışlar.
Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli
gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından
maraqlanmışlar.
Mia.az xəbər verir ki, qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə
bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər. RİH
tərəfindən hərbi hissənin təlabatı nəzərə alınaraq müxtəlif tikinti
materialları da hərbiçilərimizə çatdırılmışdır.
Hərbi hissədəki əsgər kazarmalar və xidməti otaqlar, yeməkxana, hərbi
texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli
görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə
əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə
yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi
heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha
yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət
nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad
ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu,
lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə
torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini
bildirmişdir. Qeyd olunmuşdur ki, əlamətdar tarixlə əlaqədar ilk dəfə Şamaxı
rayonunundakı Qaraheybət poliqonunda əzəmətli hərbi parad keçiriləcək və bu
parad növbəti dəfə Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan edəcəkdir.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim
Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik
etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail
rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən «N» saylı hərbi hissənin
komandir müavini Valeh Rəcəbov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə
məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə
Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və
Silahlı Qüvvələr günü münasibəti ilə keçirilən tədbirinin təşkilinə görə öz
minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə
səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol
oynadığını vurğulamışdır.
Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi
əməliyyat səhnələri nümayiş etdirilmiş, sonra respublikamızın populyar
incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı
təşkil olunmuşdur. Populyar müğənnilər Aslan Hüseynov, Ceyhun Zeynalov,
AzTV-nin solistləri Aynur İsgəndərli, Gülnar Qüdrətlinin, rəqqasə Fatimə və
rəhbərlik etdiyi rəsq qrupunun gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət
və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə
bayram süfrəsi arxasında nahar etmişlər.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Səbail RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi