BAKIDA NAZİRİN KÖMƏKÇİSİNİN ADI İLƏ SENSASİON DƏLƏDUZLUQ: kimərə kələk gəliblər? - TƏFƏRRÜAT
22-02-2024 [12:34]
Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işinin bəzi detalları məlum olub.
Mia.az Report-a istinadla bildirir ki, aparılmış istintaqla müəyyən olunub ki, Zaur Zahidov tanışları Namiq Bayramov və Orxan Həsənovla qabaqcadan əlbir olaraq zərərçəkmiş Novruz Əlimirzəyevi vəzifəyə təyin etdirəcəkləri ilə bağlı yalan vəd verərək dələduzluq ediblər.
Belə ki, təqsirləndirilən şəxslər N.Bayramov və O.Həsənov zərərçəkmişi Səhiyyə Nazirliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdirəcəklərinə yalandan bildirib. Onlar N.Əlimirzəyevin 170 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildiriblər. Bu məqsədlə tərəflər 2021-ci il avqustun əvvəllərində paytaxtda yerləşən kafelərin birində görüşərək zərərçəkmişdən ilk olaraq 100 000 manat məbləğində pul vəsaitini nağd şəkildə alıblar.
N.Bayramov, O.Həsənov, Heydər İlyasov və Rufan Qasımov qabaqcadan əlbir olaraq N.Əlimirzəyevdən əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə müxtəlif görüşlər keçiriblər. H.İlyasov özünü səhiyyə nazirinin köməkçisi kimi təqdim edərək zərəçəkmiş şəxsdən əlavə olaraq 80 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini bildirib və ondan 50 000 manat pulu nağd olaraq alıb.
O, cinayətkar niyyətinin icrasının davamı olaraq, özünə olan inamı möhkəmləndirmək məqsədilə, guya zərərçəkmişin xəstəxanaya baş həkim təyin edilməsi görüntüsünü yaradan saxta əmrin həqiqi olması görüntüsünü yaradıb. Növbəti görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən R.Qasımov onun baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirərək N.Əlimirzəyevdən 30 000 manat alıb.
Beləliklə, N.Bayramov, O.Həsənov, H.İlyasov və Rufan Qasımov ilə qabaqcadan əlbir olaraq zərərçəkmişə qarşı ümumilikdə 250 000 manatını ələ keçirib külli miqdarda dələduzluq ediblər.
Bundan başqa, təqsirləndirilən şəxslər yenə qabaqcadan əlbir olaraq Rəşat Əhmədova qarşı dələduzluq ediblər.
Belə ki, onlar zərəçəkmiş şəxsin özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının "Panarama FL" MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını deyiblər.
Təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı R.Əhmədovun xeyrinə edəcayi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu, Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "Panarama FL" MMC-yə havalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildiriblər.
R.Əhmədovdan ilkin olaraq 100 000, 14 960, daha sonra 118 320 manat pul vəsaitlərinin ələ keçirməklə ümumilikdə 233 min 280 manat məbləğində pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər. Onlar R.Əhmədovun dəmir borunun demontaj olunmasina icazə verilməsi üçün tələb edilən 500 000 manat puldan qalan 266 min 720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, qalan pul vəsaitini ondan ala bilməyib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.
N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətə həbs ediliblər. O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı