Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi - TƏFƏRRÜAT
21-02-2024 [16:16]
Elmlər Akademiyasının professoru və şöbə müdiri bir-birini xüsusi ittiham qaydasında məhkəməyə verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə professor Aydın Əlizadə bir müddət əvvələ kimi işlədiyi Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib.
Professor Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, professor adını saxtakarlıqla aldığını deyərək təhqir etdiyini iddia edib.
Lakin Səbail Rayon Məhkəməsi professorun şikayətini əsaslı hesab etməyib. Bundan sonra qarşı tərəf xüsusi ittihamçı kimi eyni məhkəməyə müraciət edib.
Xatirə Quliyeva şikayətində yazır ki, professor Aydın Əlizadə yazdığı “Multikulturalizmin Qədim Dünyada Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib. Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydın Əlizadəni işdən çıxarıb. Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb.
Hakim proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlib ki, şikayət kifayət qədər dəlil və sübutlarla əsaslandırılmayıb.
Qərara əsasən professor Aydın Əlizadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət icraata götürülməyib.
Qeyd edək ki, Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi