Gözəllik salonundan 17 min manatlıq lazer aparatı oğurlayan şəxslər saxlanılıb

img

21-02-2024 [14:55]


Zabratda gözəllik salonundan 17 min manat dəyərində lazer aparatı oğurlayan şəxslər saxlanılıb.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıb.

Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR