Bakıda polislə vətəndaş əlbəyaxa oldu - Video

img

20-06-2014 [00:35]


Bu gün saat 18:40 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospektində (Azərbaycan Texniki Universitetinin qarşısındakı magistral yol) YPX əməkdaşları ilə qaydanı pozan piyadalar arasında əlbəyaxa dava olub.

MİA Aznews.az-a istinadən xəbər verir ki, avtomobil yolunun qadağan olunmuş hissəsindən keçmək istəyən piyada YPX əməkdaşının xəbərdarlığına yumruq zərbəsi ilə cavab verib. Bundan sonra münaqişə böyüyüb, ətrafdakı vətəndaşlar davaya müdaxilə ediblər. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Uzun mübahisədən sonra YPX əməkdaşını yumruqlayan şəxs polis bölməsinə aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA