Qattuzo və köməkçiləri istefaya göndərildi

img

20-02-2024 [16:46]


Fransanın "Olimpik Marsel" klubu italyan məşqçi Cennaro Qattuzonu istefaya göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Açşqılamada bildirilib ki, baş mşqçi və köməkçiləri ilə yollar ayrılıb: "Cennaro və onun köməkçilərinə təşəkkür edirik və onlara gələcək karyeralarında uğurlar arzulayırıq".

Xatırladaq ki, 46 yaşlı məşqçi bundan əvvəl "Palermo", "Milan", "Napoli" və "Valensiya" kimi Avropanın önəmli klublarının sükanı arxasında olub.

Onu da qeyd edək ki, "Marsel" keçirdiyi son 6 matçda 4 heç-heçə və 2 məğlubiyyət alaraq, 30 xalla 9-cu pillədə qərarlaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR