Əli Abbasova birinci müavin - Prezident fərman verdi

img

19-06-2014 [22:34]


Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin 3 müavini olacaq.

Bununla bağlı prezident İlham Əlyevin fərmanı ilə bu gün təsdiqlənmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə sənədində qeyd olunub.

Sənədə əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini və iki müavini olacaq. Onların hər üçü Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Əsasnaməyə əsasən, nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə tapşıra bilər.

Qeyd edək ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur. Onun hazırda iki müavini var: İltimas Məmmədov və Elmir Vəlizadə. Yəni, hazırda rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsi boşdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA