İcra başçısının nümayəndəsi qəzada öldü

img

20-02-2024 [10:28]


Ağdamda qəza olub, 39 yaşlı sürücü ölüb.

Mia.az Report-a istinadla xəbər verir ki, gecə saat 1 radələrində 1985-ci il təvəllüdlü Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi nümayəndəsi işləyən Cabbarov Fərrux Nazim oğlu Xındırıstan kəndi istiqamətində "Lada Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Məlum olub ki, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR