İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı fərman verdi

img

19-06-2014 [21:33]


Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Pərəncama əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə” və nazirliyin strukturu təsdiq edilib.

Fərmanla Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatının işçilərinin say həddi 107 ştat vahidi, nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin işçilərinin say həddi 18 ştat vahidi müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA