BU BƏLƏDİYYƏLƏRİN SƏDRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - SİYAHI
19-02-2024 [12:03]
Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.
Məlumata görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.
Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.
Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104,370 manat maddi ziyan vurması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və- saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bələdiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin aynıması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanıb.
Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanıb.
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindən 45 000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, 308. 1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi