"Qalatasaray" lider kürsüsündə möhkəmlənir

img

18-02-2024 [22:10]


Türkiyə superliqasının lideri "Qalatasaray" bu gün səfərdə "MKE Ankaragücü"nü devirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun "Aslan"ın 3:0 hesablə qələbəsi ilə başa çatıb.

Qolları 13-cü dəqiqədə Kərəm Dəmirbay, 14-cü dəqiqədə Davinson Sançes və 39-cu dəqiqədə penaltidən Mauro İkardi vurub.

Bu qələbə ilə "Qalatasaray" xalını 69-a yüksəldərək liderlik kürsüsündə mövqeyini qoruyub.

Ankara komandası isə 29 xalla 12-ci pillədəki yerində qalıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR