RƏİSLƏR GENERAL VƏ SABİQ XİDMƏT RƏİSLƏRİNİ "BAQAJA" QOYDU: “Bu puldan 335 min manat mənə çatıb, qalanını..."
17-02-2024 [13:38]
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Fariz Nəbiyev bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə rəisi işləyib. Hazırda bölmə rəisi işləyir. İşlədiyi hərbi hissədə 2017-2022-ci illər arasında 740 min manata yaxın pul mənimsənilib:
“Bu puldan 335 min manat mənə çatıb, qalanını korpusun maliyyə rəisi Yaşar Rzayevə vermişəm. Rəis gəlib deyirdi ki, pulun 50 faizini mənə verməlisən. Mənimsənilən pulun mənə aid olan hissəsindən 243 min manatını büdcəyə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm”.
Həmin vaxt Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində maliyyə rəisi və Müdafiə Nazirliyində baş təftişçi işləmiş şahid Nazim Süleymanov bildirib ki, ümumilikdə 2 hərbi hissənin maliyyə yoxlamasında iştirak edib. Onun sözlərinə görə, həmin hərbi hissələrin birində 1 milyon çatışmazlıq aşkar olunub: “Çatışmazlıq aşkar olunanda özümüzə düşən payı götürüb gedirdik. Pulları Rafael Xələfovun göstərişi ilə onun dediyi adamlara vermişik. Cəmi 350 min manata yaxın pul mənə qalıb. İkinci hərbi hissədə 649 min manat çatışmazlıq aşkar edilmişdi. Mənə bu puldan 420 min manat çatıb. Dövlətə dəymiş ziyandan öz payıma düşəni tam ödəmişəm”.
O əlavə edib ki, 2019-2021-ci illərdə korpusda maliyyə xidmət rəisi olub. Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafail Xələfova 1 milyon 80 min manat pul verib. R.Xələfovla üzləşəndə o, öz üzərinə düşən məbləğdən boyun qaçırıb.
Hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən şahid Emin Hüseynov təftiş dövrü ərzində 3 hərbi hissədə işlədiyini deyib. Birinci hərbi hissədə 169 min manat, digər hərbi hissədə isə 505 min çatışmazlıq olub, 300 min manata yaxın pulu Cəlal Kazımova verib: “İşlədiyim digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunmuşdu. Cari hesabda qalan 105 min manatı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Həsən Paşayevə vermişəm”.
O əlavə edib ki, qalan pulun 65 faizini Cəlal Kazımova verib, 35 faizi isə özünə qalıb. Ümumilikdə işlədiyi bütün hərbi hissələrdə mənimsənilən pullardan 350 min manat ona qalıb: "Dəymiş ziyandan 17 min manatı ödəyib, qalanını da yaxın müddətdə ödəyəcəyəm".
Şahid Cəmil Quliyev bildirib ki, hadisə vaxtı maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 1 milyona yaxın çatışmazlıq aşkar olunub: "Pulun 60 faizini həmin vaxt korpus komandiri işləmiş Yaşar Rzayev və Nazim Süleymanova vermişəm, 290 min manat pul isə özümə qalıb. Həmin məbləğdən 10 min manatı büdcəyə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm" .
Proses fevralın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıblar.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb(Report)).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi